“Tarixi Vətən müharibəsi zəfərinin 5-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bakının möhtəşəm Zəfər Paradına şahidlik etmək böyük şərəf idi. Bu parad Azərbaycanın cəsarətini və birliyini nümayiş etdirdi”
Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif "X" hesabındakı paylaşım edib.
“Pakistan Ordusunun kontingentinin Azərbaycan və Türkiyə qüvvələri ilə çiyin-çiyinə addımlamasını qürurla izlədim.
Zəfər Paradının kənarında əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşməkdən məmnun oldum. Tarixi, dərin köklərə malik qardaşlıq münasibətlərimizin genişləndirilməsi barədə çox səmərəli müzakirəmiz oldu”, - Şahbaz Şərif qeyd edib.
I extend heartfelt congratulations to President @azpresident and the people of Azerbaijan on the 5th anniversary of their historic Patriotic War victory.
— Shehbaz Sharif (@CMShehbaz) November 8, 2025
Honored to witness Baku’s grand Victory Parade, showcasing Azerbaijan’s courage & unity.
Proud to see Pakistan Army’s… pic.twitter.com/ERbbS3SKyr
Bizim.Media