Pakistan Hərbi Hava Qüvvələrinin "JF-17 Thunder" qırıcıları və Pakistan hərbçiləri bu gün Azərbaycanın Zəfər Gününün beşinci ildönümü münasibətilə Bakıda keçiriləcək hərbi paradda iştirak edəcəklər.
Bizim.Media xəbər verir ki, bunu Pakistan informasiya və teleradio yayımları naziri Attaulla Tarar bildirib.
"Yaşasın Pakistan və Azərbaycan dostluğu!", - o qeyd edib.
Bizim.Media