Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevi Zəfərin 5-ci ildönümü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, Fələstin Prezidentinin təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident.
Zati-alinizə və Sizin simanızda Azərbaycan Respublikasının Hökumətinə və qardaş Azərbaycan xalqına Zəfər Gününün beşinci ildönümü, həmçinin Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdən təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycana, Hökumətinizə və xalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Qürur duyduğumuz dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin daha da inkişaf edib möhkəmlənəcəyinə əminliyimi bildirirəm.
Zati-aliləri, hörmətli qardaşım, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".
19:53
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan lideri İlham Əliyevi Zəfərin 5-ci ildönümü münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını Zəfər Günü münasibətilə şəxsən öz adımdan və bütün Qırğız xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası böyük uğurlar qazanıb, beynəlxalq aləmdə layiqli yer tutub və sabit inkişaf edir.
Əminəm ki, Qırğızıstan və Azərbaycan arasında siyasi, iqtisadi-ticari və mədəni-humanitar əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə möhkəmlənəcək və dərinləşəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".
Bizim.Media