ABŞ-Venesuela savaşı BAŞLAYIR?

ABŞ Prezidenti Donald Tramp sülh ritorikasını dəyişir. O deyəsən artıq dünyada sülh carçısı olmaq istəmir. Halbuki ABŞ Prezidenti son günlərə kimi iddia edirdi ki, dünyada 8 münaqişə ocağını söndürüb. Bunun nə qədər real olması başqa bir araşdırma mövzusudur.

Lakin cənab Trampın son günlərdəki müharibə ritorikaları daha çox diqqət çəkir. Ağ Ev rəhbəri ötən gün bəyan edib ki, ABŞ-ın dünyanı 150 dəfə partlatmağa yetəcək qədər nüvə silahı var.
 

MÖVZU İLƏ BAĞLI:

“Sayılı günlər qalıb” - Trampdan XƏBƏRDARLIQ


O, vurğulayıb ki, ABŞ nüvə sınaq keçirməyən yeganə ölkə olmayacaq:

“Biz nüvə silahını, digər ölkələr necə edirsə, eləcə sınaqdan keçirəcəyik”.

Bundan əvvəlsə Tramp Venesuela barədə çox sərt danışıb. O, açıq şəkildə bildirib ki, Venesuela prezidenti Nikolas Maduronu devirmək və ölkəni nəzarətə götürmək üçün hərbi əməliyyat başlada bilər.

Tramp yeni müharibə ocağı yaradır?

Xarici mətbuatın yazdığına görə, ABŞ indiyədək Venesuela ilə silahlı toqquşmaya bu qədər yaxın olmayıb. Karib hövzəsinə 4 500 hərbçinin olduğu yeddi hərbi gəmi, o cümlədən idarəolunan raketlərlə təchiz edilmiş esmines göndərilib. Mənbənin bildirdiyinə görə, Venesuelanın dəniz sərhədi yaxınlığında ABŞ-a məxsus zərbə sualtı qayığı da yerləşdirilib.

Amerikalı hərbçilər ilkin sınaqlarını da artıq həyata keçiriblər. Belə ki, ABŞ Silahlı Qüvvələri beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuelanın "Tren de Aragua" narkokartelinin 11 üzvünü məhv edib.

Qarşı tərəf Ağ Evin iddialarını rədd edir.

Venesuela Prezidenti Nikolas Maduro hücumla bağlı açıqlamasında deyib ki, ABŞ əsassız bəhanələrlə Venesuelaya hücum edir:

“Məqsəd ölkənin təbii sərvətlərini ələ keçirmək və respublikanın müstəqil inkişafına mane olmaqdır”.

Trampsa fərqli fikirlər səsləndirir. Guya ki, onların mübarizəsi Venesuela dövləti ilə yox, mövcud rejimə qarşıdır. Təsadüfi deyil ki, iki gün əvvəl ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro barədə sərt açıqlama verib. O, "CBS News" telekanalına müsahibəsində Maduronun prezident kimi sayılı günlərinin qaldığını deyib.

“Düşünürəm ki, bəli, onun sayılı günləri qalıb”.

Bunun üçün Vaşinqton Venesuela Prezidenti Nikolas Maduronun həbsinə gətirib çıxara biləcək məlumat üçün nəzərdə tutulan mükafatın məbləğini 50 milyon dollara çatdırıb. 

Bu barədə ABŞ-ın ədliyyə naziri və baş prokuroru Pəm Bondi sosial şəbəkə “X”də açıqlama yayıb.

“Bu gün Ədliyyə Nazirliyi və Dövlət Departamenti Maduronun saxlanmasına gətirib çıxaracaq məlumata görə 50 milyon dollarlıq mükafat elan edir”, – deyə Bondi bildirib. Nazir paylaşımına əlavə etdiyi videomüraciətdə qeyd edib ki, Venesuela prezidenti ABŞ-a narkotik maddələrin çatdırılması üçün beynəlxalq terror təşkilatlarından istifadə edir. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Nikolas Maduro “dünyanın ən böyük narkotacirlərindən biri” sayılır və “ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhdid” təşkil edir.

Qeyd edək ki, Venesuela da ciddi hazırlıqlara başlayıb. Maduro Kolumbiya ilə sərhəddə, eləcə də ölkənin Karib və Atlantik okeanı sahillərində 25 min hərbçinin yerləşdirilməsi barədə göstəriş verib.

İki ölkə arasında vəziyyət kifayət qədər gərgindir.

Bu gərginliyin əsas səbəbi Venesuelanın zəngin neft ehtiyatlarından ABŞ-ın istədiyi kimi faydalana bilməməsidir.

Nəzərə alaq ki, Venesuela dünyanın ən böyük neft ehtiyatlarına sahibdir. OPEC-in məlumatına görə, ölkənin təsdiq edilmiş ehtiyatları 303 milyard bareldir. Bu, dünya üzrə ümumi ehtiyatın təxminən 17,5%-ni təşkil edir. Müqayisə üçün, ABŞ-da təxminən 55 milyard barel neft ehtiyatı var. Bu göstərici ilə Amerika dünyada doqquzuncu yerdədir. Bu o deməkdir ki, Venesuelanın ehtiyatları ABŞ-ın ehtiyatlarından beş dəfədən çoxdur.


Ümumiyyətlə Venesuela sübut edilmiş neft ehtiyatlarına görə, Səudiyyə Ərəbistanını (ikinci yer, 267,2 milyard barel) və İranı (üçüncü yer, 208,6 milyard barel) da xeyli qabaqlayır.

Tək bu faktın özü göstərir ki, Trampın məqsədi nə narkotik tranşını dayandırmaq, nə də Venesuelada insan hüquqlarını qorumaqdır. Hədəf bu ölkədəki, zəngin neft ehtiyatlarıdır. Hansı ki, bu eytiyatlardan ABŞ hələki faydalana bilmir.

Ən pisi də odur ki, Amerikanın əsas rəqibləri olan Rusiya və Çin Venesuela neftindən daha çox fayda götürür. Ona görə də Tramp həm Venesuela-Rusiya və Venesuela-Çin əlaqələrini pozmaq və bu ölkəni öz təsir dairəsinə salmaq üçün qəti hərəkət keçib.

ABŞ meydanda təkdir.
 

Nəzərə alaq ki, uzun illər ABŞ bu və digər ölkələrə qarşı mübarizədə Avropa ölkələrinin imkanlarından daha çox faydalanırdı. Amma bu gün vəziyyət dəyişib. Trampın iqtisadi siyasəti və Rusiyaya qarşı fərqli addımları Avropa dövlətlərini incik salıb. Bu səbəbdən Venesuela məsələsində Avropa dövlətləri Trampı dəstəkləmir. Bu da o anlama gəlir ki, Tramp Maduro hökumətinə qarşı müharibədə hələ ki, təkdir.


Bu reallıq Ağ Evi açıq müharibədən çəkindirir. Amma Tramp Venesuela sevdasından əl çəkə bilmir. Ona görə də onun son çıxışlarında müharibə ritorikası güclənib. Bu da ilk növbədə Trampın həqiqətən sülh carçısı olduğunu sual altına qoyur...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sirkdə akrobat tamaşaçıların gözü qarşısında boğuldu – VİDEO

Sirkdə akrobat tamaşaçıların gözü qarşısında boğuldu – VİDEO

Ukrayna Baş Prokurorluğunda axtarış aparılır – Saxlanılan var

Ukrayna Baş Prokurorluğunda axtarış aparılır – Saxlanılan var

Röya Ayxan və Kazım Candan “Dosta” sürprizi – VİDEO

Röya Ayxan və Kazım Candan “Dosta” sürprizi – VİDEO

Tibb işçilərindən sonra kimlərin maaşı artırılacaq?

Tibb işçilərindən sonra kimlərin maaşı artırılacaq?

“Halalbooking” artıq Azərbaycan dilində - FOTO

“Halalbooking” artıq Azərbaycan dilində - FOTO

Zaxarovadan Paşinyana:"Siz kişisiniz, yoxsa qadın?"

Zaxarovadan Paşinyana:"Siz kişisiniz, yoxsa qadın?"

BMT Krımı Rusiya ərazisi kimi göstərdi - FOTO

BMT Krımı Rusiya ərazisi kimi göstərdi - FOTO

Belarusda torpağı ilə birgə evlər satışa çıxarıldı – 24 manata

Belarusda torpağı ilə birgə evlər satışa çıxarıldı – 24 manata

Uitkoff və Kuşnerin Kiyevə səfər edəcəkləri TARİX məlum oldu

Uitkoff və Kuşnerin Kiyevə səfər edəcəkləri TARİX məlum oldu

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? – Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? – Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Dövlət qurumunda 1700 işçi çıxıb

Dövlət qurumunda 1700 işçi çıxıb

Qaradağda 37 günə inşa edilən yolun GÖRÜNTÜLƏRİ - VİDEO

Qaradağda 37 günə inşa edilən yolun GÖRÜNTÜLƏRİ - VİDEO

Müddətli müqavilə ilə iş imkanı qazanan 1467 müəllimin adı MƏLUM OLDU

Müddətli müqavilə ilə iş imkanı qazanan 1467 müəllimin adı MƏLUM OLDU

Yarış ilə əlaqədar 13 marşrutun hərəkəti DƏYİŞDİRİLİR

Yarış ilə əlaqədar 13 marşrutun hərəkəti DƏYİŞDİRİLİR

Bu xəstəxanaya yeni direktor təyin edildi

Bu xəstəxanaya yeni direktor təyin edildi

Talişka "Əl-Cəzirə" klubuna transfer olundu

Talişka "Əl-Cəzirə" klubuna transfer olundu

Peşə təhsili müəssisələrinə qəbulun II mərhələsinin nəticələri AÇIQLANDI

Peşə təhsili müəssisələrinə qəbulun II mərhələsinin nəticələri AÇIQLANDI

Gürcüstanlı jurnalist və bloqerlər Gəncəyə səfər edib - FOTO

Gürcüstanlı jurnalist və bloqerlər Gəncəyə səfər edib - FOTO

Corcia Meloni Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Corcia Meloni Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın Tacikistandakı yeni səfiri etimadnaməsini təqdim etdi

Azərbaycanın Tacikistandakı yeni səfiri etimadnaməsini təqdim etdi

Qazidən Şuşada şəhid adlarını qayalara yazanlara SƏRT REAKSİYA

Qazidən Şuşada şəhid adlarını qayalara yazanlara SƏRT REAKSİYA

ABŞ İranla bağlı yeni sanksiyalar tətbiq etdi

ABŞ İranla bağlı yeni sanksiyalar tətbiq etdi

Xəyalə oğlunun 19 yaşını belə təbrik etdi – VİDEO

Xəyalə oğlunun 19 yaşını belə təbrik etdi – VİDEO

Azərbaycanda "ChatGPT"dən istifadə edənlərin sayı AZALDI

Azərbaycanda "ChatGPT"dən istifadə edənlərin sayı AZALDI

End of content

No more pages to load

RADİO