“Desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram” – Prezident

“On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan dili çox zəngin dildir:
 

“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm.


Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır.

Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.

Prezident bildirib ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır:
 

“Yəni dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək.


Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ İraqa CİDDİ XƏBƏRDARLIQ etdi

ABŞ İraqa CİDDİ XƏBƏRDARLIQ etdi

"Liverpul" "Real"la oyuna ciddi itki ilə ÇIXACAQ

"Liverpul" "Real"la oyuna ciddi itki ilə ÇIXACAQ

Xəzər sahilində suiti cəsədləri AŞKARLANDI

Xəzər sahilində suiti cəsədləri AŞKARLANDI

Həbs olunan icra başçısı apellyasiya şikayəti verməkdən İMTİNA ETDİ

Həbs olunan icra başçısı apellyasiya şikayəti verməkdən İMTİNA ETDİ

“Süni intellekt smartfonları əvəz edəcək” - Maskdan PROQNOZ

“Süni intellekt smartfonları əvəz edəcək” - Maskdan PROQNOZ

Çinarədən ETİRAF: “Keçmiş qayınanam üçün darıxıram” - VİDEO

Çinarədən ETİRAF: “Keçmiş qayınanam üçün darıxıram” - VİDEO

Nərimanovda mənzildə meyit TAPILDI

Nərimanovda mənzildə meyit TAPILDI

Pendir beynin daha uzun müddət gənc qalmasına kömək edir - YENİ ARAŞDIRMA

Pendir beynin daha uzun müddət gənc qalmasına kömək edir - YENİ ARAŞDIRMA

Pioli "Fiorentina"dan GÖNDƏRİLİR

Pioli "Fiorentina"dan GÖNDƏRİLİR

Prezident: “Bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir” - VİDEO

Prezident: “Bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir” - VİDEO

“Tikəmizi də tapmayacaqlar, yavaş sür” - Göygöldəki dəhşətli qəzanın ANBAAN VİDEOSU

“Tikəmizi də tapmayacaqlar, yavaş sür” - Göygöldəki dəhşətli qəzanın ANBAAN VİDEOSU

"İyrənc reytinq" - Tünzalə ƏSƏBİLƏŞDİ

"İyrənc reytinq" - Tünzalə ƏSƏBİLƏŞDİ

Paşinyanın seçkilərdə əsas rəqibi BƏLLİ OLDU

Paşinyanın seçkilərdə əsas rəqibi BƏLLİ OLDU

"Sabah" "Qəbələ"yə QALİB GƏLDİ

"Sabah" "Qəbələ"yə QALİB GƏLDİ

Tehran Zelenskini ABŞ siyasətindən zərər çəkmiş liderlərin siyahısına DAXİL ETDİ - FOTO/VİDEO

Tehran Zelenskini ABŞ siyasətindən zərər çəkmiş liderlərin siyahısına DAXİL ETDİ - FOTO/VİDEO

Əlikramın bütün mal-qarası TƏLƏF OLDU

Əlikramın bütün mal-qarası TƏLƏF OLDU

Arayikgilin məhkəməsində prokurorların çıxışı BAŞLADI - FOTO

Arayikgilin məhkəməsində prokurorların çıxışı BAŞLADI - FOTO

“Barselona”dan ayrılan futbolçu İngiltərə klubuna KEÇİR

“Barselona”dan ayrılan futbolçu İngiltərə klubuna KEÇİR

Milli irsimizə BİGANƏLİK – Yerli turistlər niyə muzeyləri ziyarət etmir?

Milli irsimizə BİGANƏLİK – Yerli turistlər niyə muzeyləri ziyarət etmir?

Moskvada avtomobil satan dəstənin azərbaycanlı üzvlərinə HÖKM OXUNDU

Moskvada avtomobil satan dəstənin azərbaycanlı üzvlərinə HÖKM OXUNDU

Rəsmi Bakı dekabrın 15-nin Dünya Türk Dilləri Ailəsi Günü elan edilməsini ALQIŞLADI

Rəsmi Bakı dekabrın 15-nin Dünya Türk Dilləri Ailəsi Günü elan edilməsini ALQIŞLADI

İkinci Liqa: “Dinamo” QALİB GƏLDİ

İkinci Liqa: “Dinamo” QALİB GƏLDİ

Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirildi - FOTO

Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirildi - FOTO

Azərbaycan nümayəndə heyətinin Rumıniya Senatında görüşü keçirildi - FOTO

Azərbaycan nümayəndə heyətinin Rumıniya Senatında görüşü keçirildi - FOTO

End of content

No more pages to load

RADİO