İlham Əliyev BƏƏ Federal Milli Şurasının sədrini qəbul etdi - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı.
 

Saqr Qobaş bildirdi ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu ilin sentyabrında Azərbaycana, Şuşa şəhərinə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayır.


Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransının yüksək səviyyədə təşkil edildiyini deyən Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri vurğuladı ki, bu tədbir ölkəmizin konstitusional dəyərlərə və suverenliyə nə qədər sadiq olduğunun və əhəmiyyət verdiyinin bariz nümunəsidir.

Qonaq Azərbaycanın inkişafına toxunaraq, bunun Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olduğunu vurğuladı.

Saqr Qobaş paytaxt Bakının gözəlliyinin və memarlığının onda dərin təəssürat hissi yaratdığını dedi.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və xalqına çatdırmağı xahiş etdi.
 

Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla həm Əbu-Dabidə, həm də Azərbaycanda Bakı və Şuşa şəhərlərində görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.


Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin sabiq prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyanın uzaqgörən siyasəti və ölkə rəhbərliyinin ardıcıl səyləri nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin uğurlu nümunəvi inkişafını qeyd etdi.

Ulu Öndər Heydər Əliyevin BƏƏ-nin sabiq Prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyan ilə 1994-cü ildə İslam Əməkdaşlıq Təşkilatının Kasablanka Sammitində görüşü xatırlanaraq, məhz həmin görüşdə ölkələrimiz arasında hazırkı münasibətlərin təməlinin qoyulduğu vurğulandı. Qonaq regionda sülhün təmin olunması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalından sonra hər iki tərəfin hazırda sülh şəraitində yaşamağa uyğunlaşdığını bildirdi.

Prezident İlham Əliyev bundan sonra da ölkəmizin regionda davamlı sülhün təmin olunması, nəqliyyat layihəsinin, xüsusilə TRIPP xətti üzrə nəqliyyat bağlantılarının yaradılması istiqamətində səylərini davam etdirəcəyini dedi.

Söhbət zamanı Azərbaycanla BƏƏ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd olundu. Bu xüsusda “Masdar” şirkətinin Azərbaycana bərpaolunan enerji sektoruna sərmayələrinə, SOCAR-ADNOC əməkdaşlığına, qarşılıqlı investisiyalara toxunuldu.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyadakı soydaşlarımıza XƏBƏRDARLIQ – “Bu halda deportasiya oluna bilərlər”

Rusiyadakı soydaşlarımıza XƏBƏRDARLIQ – “Bu halda deportasiya oluna bilərlər”

Vətən müharibəsinin XRONİKASI: 30 oktyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 oktyabr – VİDEO

BİZİM TƏQVİM: 30 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 30 oktyabrda baş vermiş tarixi hadisələr

Cüdo millimiz hazırlığı Bakıda davam etdirir

Cüdo millimiz hazırlığı Bakıda davam etdirir

Oğlu Azərbaycandan köçüb

Oğlu Azərbaycandan köçüb

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 82 min reabilitasiya vasitəsi verilib

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 82 min reabilitasiya vasitəsi verilib

Onun da adı Şöhrət Zalına DAXİL EDİLDİ

Onun da adı Şöhrət Zalına DAXİL EDİLDİ

Xına qaraciyər xəstəliklərini SAĞALDIR

Xına qaraciyər xəstəliklərini SAĞALDIR

Əməkdar artist sabiq Baş nazirin kürəkənini TƏNQİD ETDİ - VİDEO

Əməkdar artist sabiq Baş nazirin kürəkənini TƏNQİD ETDİ - VİDEO

Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi - FOTO

Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi - FOTO

Taekvondoçumuz dünya çempionatında bürünc medal QAZANDI

Taekvondoçumuz dünya çempionatında bürünc medal QAZANDI

Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edildi - FOTO/VİDEO

Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edildi - FOTO/VİDEO

Daha bir ərazidə söküntü başlayır, sakinlərə kompensasiya ödəniləcək - VİDEO

Daha bir ərazidə söküntü başlayır, sakinlərə kompensasiya ödəniləcək - VİDEO

Endrik “Real”dan ayrıla bilər

Endrik “Real”dan ayrıla bilər

Suriya Kosovonun müstəqilliyini TANIDI

Suriya Kosovonun müstəqilliyini TANIDI

Sakinlərin NƏZƏRİNƏ: Sabah 09:30-dan etibarən…

Sakinlərin NƏZƏRİNƏ: Sabah 09:30-dan etibarən…

ABŞ sanksiyaları Rusiyadan neft daşıyan tankerlərin marşrutlarını dəyişir - KİV

ABŞ sanksiyaları Rusiyadan neft daşıyan tankerlərin marşrutlarını dəyişir - KİV

“Qarabağ" - “Çelsi” görüşünə 22 500 bilet SATILDI

“Qarabağ" - “Çelsi” görüşünə 22 500 bilet SATILDI

Tamerlan Məmmədov dövlət qulluqçusu imiş - Saçları keçəl edilən qadın DANIŞDI - FOTO

Tamerlan Məmmədov dövlət qulluqçusu imiş - Saçları keçəl edilən qadın DANIŞDI - FOTO

Smartfondan istifadə bu xəstəliyə səbəb olur - Həkimlərdən HƏYƏCAN TƏBİLİ

Smartfondan istifadə bu xəstəliyə səbəb olur - Həkimlərdən HƏYƏCAN TƏBİLİ

Azərbaycan Kubokunda 1/8 finalçılar müəyyənləşdi - VİDEO

Azərbaycan Kubokunda 1/8 finalçılar müəyyənləşdi - VİDEO

Soçi və Trabzon arasında bərə əlaqəsi BƏRPA OLUNDU

Soçi və Trabzon arasında bərə əlaqəsi BƏRPA OLUNDU

Ramiz Mehdiyevin nəvəsi Bakıda yarım milyonluq maşınla gəzir - VİDEO

Ramiz Mehdiyevin nəvəsi Bakıda yarım milyonluq maşınla gəzir - VİDEO

PSJ-nin hücumçusu komandadan ayrılmaq istəyir

PSJ-nin hücumçusu komandadan ayrılmaq istəyir

End of content

No more pages to load

RADİO