İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini QƏBUL ETDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib.

Bizim.Media xəbər verir ki, qonaq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, bu xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə dövlətimizin başçısını təbrik etdi, bunun bütün regionda sülhün təmin olunmasına və inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirdi.
 

Mirça Abrudean bu gün Bakıda Milli Məclisin xətti ilə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirakdan məmnunluğunu ifadə etdi, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu dedi.


Azərbaycan ilə Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğuladı.

Senatın sədri ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçinin beynəlxalq parlament təsisatlarında əməkdaşlığın önəmini qeyd etdi.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycan Ermənistanla arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxundu, bu istiqamətdə əldə olunmuş nailiyyətlərin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi.
 

Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə Buxarestdə Xəzər dənizinin dibi ilə elektrik kabel xəttinin tikilməsi layihəsinin önəmi vurğulandı, bunun ölkəmizin və Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılması baxımından əhəmiyyətinə toxunuldu.


Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Belqorod merinin avtomobilinə dron düşdü - FOTO

Belqorod merinin avtomobilinə dron düşdü - FOTO

Vinisius “El Klasiko”dakı hərəkətinə görə ÜZR İSTƏDİ

Vinisius “El Klasiko”dakı hərəkətinə görə ÜZR İSTƏDİ

MEDİA: BBC-nin Azərbaycan Nümayəndəliyinin ölkədə fəaliyyəti QEYRİ-QANUNİDİR

MEDİA: BBC-nin Azərbaycan Nümayəndəliyinin ölkədə fəaliyyəti QEYRİ-QANUNİDİR

Sahibə Qafarova Tacikistan Ali Məclisinin sədri ilə ikitərəfli əlaqələri müzakirə edib - FOTO

Sahibə Qafarova Tacikistan Ali Məclisinin sədri ilə ikitərəfli əlaqələri müzakirə edib - FOTO

Şəbnəm 250 minə maşın, 800 minə ev aldı - VİDEO

Şəbnəm 250 minə maşın, 800 minə ev aldı - VİDEO

İsrail Qəzzaya hava hücumları edib

İsrail Qəzzaya hava hücumları edib

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırıldı - FOTO

“Yuventus”un yeni baş məşqçisi

“Yuventus”un yeni baş məşqçisi

Bu üç problemdən qaçmaq istəyirsinizsə, baldan UZAQ DURUN!

Bu üç problemdən qaçmaq istəyirsinizsə, baldan UZAQ DURUN!

Hüseyn Həsənov saç əkdirdi - FOTO

Hüseyn Həsənov saç əkdirdi - FOTO

“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

Türkiyə səfiri: “Azərbaycan döyüş meydanında qazandığı nailiyyətləri diplomatik masaya da daşıyıb”

Türkiyə səfiri: “Azərbaycan döyüş meydanında qazandığı nailiyyətləri diplomatik masaya da daşıyıb”

Bağçalarda tərbiyəçi-müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ

Bağçalarda tərbiyəçi-müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ

Yaponiyanın baş naziri Trampın Rusiya qazı ilə bağlı xahişini RƏDD ETDİ

Yaponiyanın baş naziri Trampın Rusiya qazı ilə bağlı xahişini RƏDD ETDİ

İlham Əliyev BƏƏ Federal Milli Şurasının sədrini qəbul etdi - FOTO

İlham Əliyev BƏƏ Federal Milli Şurasının sədrini qəbul etdi - FOTO

Juninyo “Qarabağ”a qayıda bilər

Juninyo “Qarabağ”a qayıda bilər

Qusarda şəhid məzarları ziyarət olundu - FOTO

Qusarda şəhid məzarları ziyarət olundu - FOTO

Son üç ildə “AzerGold”a ardıcıl maliyyə sanksiyaları tətbiq edilib - STATİSTİKA

Son üç ildə “AzerGold”a ardıcıl maliyyə sanksiyaları tətbiq edilib - STATİSTİKA

“Mançester Siti” Rodri ilə danışıqlara BAŞLADI

“Mançester Siti” Rodri ilə danışıqlara BAŞLADI

Ölkə ərazisində külək güclənib, yağış yağır - FAKTİKİ HAVA

Ölkə ərazisində külək güclənib, yağış yağır - FAKTİKİ HAVA

Sədaqət Dadaşova qızının iddialarına CAVAB VERDİ - VİDEO

Sədaqət Dadaşova qızının iddialarına CAVAB VERDİ - VİDEO

Daha 12 uşaq Ukraynadan Azərbaycana GƏTİRİLDİ

Daha 12 uşaq Ukraynadan Azərbaycana GƏTİRİLDİ

Ceyhun Bayramov Səmərqənd şəhərinə işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Səmərqənd şəhərinə işgüzar səfərə yola düşüb

Gəncədə güclü külək irigövdəli ağacları AŞIRDI - FOTO

Gəncədə güclü külək irigövdəli ağacları AŞIRDI - FOTO

End of content

No more pages to load

RADİO