Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşüb - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə beynəlxalq parlament konfransının əhəmiyyəti vurğulanaraq, konstitusiyanın dövlətin hüquqi təməllərinin möhkəmləndirilməsi, cəmiyyətin inkişafı, siyasi sabitliyin təmin olunması və vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynadığı qeyd edilib.

Bildirilib ki, Azərbaycanın qazandığı Zəfər nəticəsində ölkəmiz Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi bu mənada həm mühüm siyasi əhəmiyyət, həm də rəmzi məna daşıyır.
 

Görüşdə ölkələrimiz arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, bu əlaqələrin dərinləşməsində ölkə liderlərinin xüsusi rolu vurğulanıb.


Eyni zamanda, ikitərəfli münasibətlərin genişlənməsində qanunverici orqanların həm ikitərəfli əsasda, həm də müxtəlif platformalarda əməkdaşlığı yüksək qiymətləndirilib.

Söhbət zamanı, bu ay İslamabadda keçirilən Azərbaycan–Pakistan–Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü məmnuniyyətlə xatırlanaraq, onun nəticələri yüksək dəyərləndirilib və həmin görüşün dövlətlərarası münasibətlərin daha da genişləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

Bu ixtisası bitirənlər zabit kimi XİDMƏT EDƏCƏK – RƏSMİ

Bu ixtisası bitirənlər zabit kimi XİDMƏT EDƏCƏK – RƏSMİ

ABŞ və İsraildən Bəndər-Lengə limanına BİRGƏ HÜCUM – Gəmilər belə məhv edildi – VİDEO

ABŞ və İsraildən Bəndər-Lengə limanına BİRGƏ HÜCUM – Gəmilər belə məhv edildi – VİDEO

Millimizin heyəti AÇIQLANDI

Millimizin heyəti AÇIQLANDI

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

Pulsuz təmizlədiyi evlərdən milyonlar qazanır – FOTO/VİDEO

Pulsuz təmizlədiyi evlərdən milyonlar qazanır – FOTO/VİDEO

Ev sahibi olmaq istəyənlər üçün əla fürsət - "Kristal"ın satış ofisləri bayramda da işləyir! - FOTO

Ev sahibi olmaq istəyənlər üçün əla fürsət - "Kristal"ın satış ofisləri bayramda da işləyir! - FOTO

Paytaxtdan bölgələrə sərnişin daşımalarında REKORD

Paytaxtdan bölgələrə sərnişin daşımalarında REKORD

SEPAH İran müxalifətinə qarşı hərəkətə keçdi: Xəbərdarlıq SMS-ləri göndərilir

SEPAH İran müxalifətinə qarşı hərəkətə keçdi: Xəbərdarlıq SMS-ləri göndərilir

Həyat yoldaşı "Toppuş bacı" ilə bağlı bu paylaşımlara əsəbiləşdi

Həyat yoldaşı "Toppuş bacı" ilə bağlı bu paylaşımlara əsəbiləşdi

Pakistan-Əfqanıstan müharibəsi daha da ALOVLANDI – Tarixi köklər və mümkün ssenarilər – ÖZƏL

Pakistan-Əfqanıstan müharibəsi daha da ALOVLANDI – Tarixi köklər və mümkün ssenarilər – ÖZƏL

Qəzaya uğrayan AZAL təyyarəsinin istintaqı ilə bağlı RƏSMİ AÇIQLAMA

Qəzaya uğrayan AZAL təyyarəsinin istintaqı ilə bağlı RƏSMİ AÇIQLAMA

"Dəmir Qübbə"ni idarə edən zabit İrana casusluq edirmiş... – DETALLAR

"Dəmir Qübbə"ni idarə edən zabit İrana casusluq edirmiş... – DETALLAR

“Labubu”nun filmi ÇƏKİLİR

“Labubu”nun filmi ÇƏKİLİR

Kəşfiyyat nazirinin öldürülməsinə Müctəba Xameneidən REAKSİYA

Kəşfiyyat nazirinin öldürülməsinə Müctəba Xameneidən REAKSİYA

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

Diabetdən qorunmağın ən sadə YOLU

Diabetdən qorunmağın ən sadə YOLU

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

End of content

No more pages to load

RADİO