Prezident Cəbrayılda 2 yeni elektrik stansiyasının təməlini qoydu – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub.

Bizim.Media xəbər verir ki, energetika naziri Pərviz Şahbazov dövlətimizin başçısına 50 meqavat gücündə “Şəms” Günəş Elektrik Stansiyası barədə məlumat verib.

Bildirilib ki, bu layihə ölkəmizin yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını qoyur.
 

Qeyd edək ki, 2024-cü ilin mart ayında Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında 100 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin istehsalı, satışı və istehlakı sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Ardınca bu ilin aprelində Azərbaycan Respublikası Hökuməti “Enerso Cəbrayıl” MMC ilə 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası, “Clean Energy Jabrayil” MMC ilə isə “Şəms” Günəş Elektrik Stansiyası layihələri üzrə investisiya müqavilələri bağlayıb.


Ötən il Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin inkişafı üçün ayrılıb. Bu çərçivədə “Clean Energy Jabrayil” MMC üçün 135 hektardan çox, “Enerso Cəbrayıl” MMC üçün isə 93 hektardan çox ərazi müəyyən edilib.

Prezident İlham Əliyev “Şəms” Günəş Elektrik Stansiyasının təməlini qoydu, daha sonra “Üfüq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etdi.

Məlumat verildi ki, “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarında ildə ümumilikdə 206 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Bunun nəticəsində hər il təxminən 44 milyon kubmetr təbii qaza qənaət ediləcəyi, atmosferə atılan zərərli emissiyaların isə 96 min ton azalacağı gözlənilir.
 

Stansiyalarda istehsal ediləcək elektrik enerjisinin 75 milyon kilovat-saatı “AzərEnerji” ASC-yə, 131 milyon kilovat-saatı isə “elektrik enerjisinin virtual ötürülməsi” prinsipi əsasında iri istehlakçılarla birbaşa bağlanan alqı-satqı müqavilələri üzrə satılacaq. “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının 2027-ci ildə istismara verilməsi planlaşdırılır.


Bu layihələrin icrası Şərqi Zəngəzurun yaşıl enerji mərkəzinə çevrilməsində Cəbrayıl rayonunun rolunu daha da gücləndirəcək.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Seltik" Brendan Rocersi istefaya göndərdi

"Seltik" Brendan Rocersi istefaya göndərdi

Bakıda oğlan parkda tanış olmaq istədiyi qızı qarət etdi

Bakıda oğlan parkda tanış olmaq istədiyi qızı qarət etdi

Sahibə Qafarova rumıniyalı həmkarı ilə görüşüb - FOTO

Sahibə Qafarova rumıniyalı həmkarı ilə görüşüb - FOTO

"San Siro"nun gələcəyi həll olunur

"San Siro"nun gələcəyi həll olunur

Alkoqolun az miqdarı belə xərçəng yarada bilər

Alkoqolun az miqdarı belə xərçəng yarada bilər

İsrail Qəzzaya hücum barədə ABŞ-ı məlumatlandırıb - KİV

İsrail Qəzzaya hücum barədə ABŞ-ı məlumatlandırıb - KİV

Mənzildə huşsuz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO

Mənzildə huşsuz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO

Ağamirzə: "İstəsək də, Rəşad Dağlı ilə görüşə bilmərik"

Ağamirzə: "İstəsək də, Rəşad Dağlı ilə görüşə bilmərik"

PSJ tarixinin rekord gəliri

PSJ tarixinin rekord gəliri

Saratov hava limanı BAĞLANDI

Saratov hava limanı BAĞLANDI

"Qızım Bakıya qayıdır, yanımda yaşayacaq"

"Qızım Bakıya qayıdır, yanımda yaşayacaq"

MİDA 627 mənzili güzəştlə satışa çıxaracaq

MİDA 627 mənzili güzəştlə satışa çıxaracaq

“Fənərbağça”nın futbolçusu Almaniya klubuna keçə bilər

“Fənərbağça”nın futbolçusu Almaniya klubuna keçə bilər

Azərbaycanda bu qalmaqallı yüksək vəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda bu qalmaqallı yüksək vəzifəli şəxs işdən çıxarıldı

Mənzurə övladının olmamasından danışıb AĞLADI - VİDEO

Mənzurə övladının olmamasından danışıb AĞLADI - VİDEO

İsrail atəşkəsi pozdu - “Sarı zona”ya hücum etdi

İsrail atəşkəsi pozdu - “Sarı zona”ya hücum etdi

Türkiyə klubu transfer qadağası ilə üzləşdi

Türkiyə klubu transfer qadağası ilə üzləşdi

Milyonçu qardaşların cinayət işində YENİLİK

Milyonçu qardaşların cinayət işində YENİLİK

Bəhram Cabir İmanovdan YAZDI: “Hər an yanımda olduğunu hiss edirəm” - FOTO

Bəhram Cabir İmanovdan YAZDI: “Hər an yanımda olduğunu hiss edirəm” - FOTO

Binəqədidəki güclü yanğın SÖNDÜRÜLDÜ - VİDEO

Binəqədidəki güclü yanğın SÖNDÜRÜLDÜ - VİDEO

İsrail Qəzzaya bir neçə hava zərbəsi endirdi - VİDEO

İsrail Qəzzaya bir neçə hava zərbəsi endirdi - VİDEO

Vəkil Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin edilmədi

Vəkil Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin edilmədi

“Barselona” məhkəməyə ÇAĞIRILDI

“Barselona” məhkəməyə ÇAĞIRILDI

İlham Əliyev Türkiyənin Respublika Günü münasibətilə paylaşım etdi - FOTO

İlham Əliyev Türkiyənin Respublika Günü münasibətilə paylaşım etdi - FOTO

End of content

No more pages to load

RADİO