Bir məktubun izi ilə: Casusluğun YENİ MODELİ

Soyuq müharibə dövründə Sovet İttifaqının ali rəhbərliyində elə bir məmur var idi ki, illərlə ABŞ-a məxfi məlumat ötürürdü. O, Kreml üçün etibarlı, Qərb üçün isə qiymətsiz mənbə idi.

Hər dəfə Sovet nümayəndə heyəti Qərblə danışıqlara oturanda, Qərb tərəfi artıq bütün planlardan xəbərdar olur, danışıqlara tam hazırlıqlı girirdi. Nəticədə, danışıqlar masasında hər dəfə SSRİ hədəfinə çata bilməyən tərəf olurdu — çünki qarşı tərəf artıq “oyun kitabını” əvvəldən oxumuşdu.

Tarix təkrarlanır...

Tarix göstərdi ki, Sovet imperiyasına zərbəni vuran düşmən kənarda deyil, elə içəridə idi. 

Azərbaycanın müstəqillik dövründə bu ssenarinin yerli siması Ramiz Mehdiyev oldu. Zaman göstərdi ki, o, illərlə dövlət içində dövlət rolunu oynayaraq milli maraqlara qarşı sistemli şəkildə işləyib. Xüsusilə Qarabağ məsələsində onun fəaliyyəti, indi artıq faktlarla sübuta yetirildiyi kimi, Azərbaycanın strateji mövqelərinə qəsdən zərbə vurmaq məqsədi daşıyırdı.

Bəzi dairələrdə bu barədə illərdir danışılır: Prezident Administrasiyasında ideoloji xəttin formalaşdırılmasına rəhbərlik edən Mehdiyev, eyni zamanda daxili ictimai-siyasi “nastroyeniye”ləri xarici kanallara ötürən informasiya mənbəyi kimi də fəaliyyət göstərirdi.

Nəticədə, Qarabağ danışıqlarında qarşı tərəflər Azərbaycan cəmiyyətinin daxilindəki vəziyyətdən, ictimai əhvaldan, daxili debatlardan əvvəlcədən xəbərdar olurdu. Beləcə, masa arxasında təmsilçilərimiz qarşı tərəflə dialoqda problemlərlə üzləşirdi. Bu, SSRİ-dəki casusluq tarixinin bir növ Bakı variantı idi.

Ramiz Mehdiyevin dövlət çevrilişi hazırlamaqVətənə xəyanət ittihamları ilə cinayət məsuliyyətinə cəlb olunması Azərbaycan siyasi tarixinin qaranlıq səhifələrindən birini açır. 

Onun illərlə dövlət strukturlarında, elmi institutlarda, parlamentdə və mediada səssizcə qurduğu kölgə şəbəkəsi artıq ifşa olunur. İndi aydın görünür ki, Ramiz Mehdiyev “elmi məktəb” və ya “akademik dairə” adı altında sadəcə ideoloji sədaqət şəbəkəsi deyil, həm də idarə olunan siyasi xaos mexanizmi qurmağa çalışıb — dövlətin daxilində paralel təsir mərkəzləri yaratmaq niyyəti ilə. 

Xəyanətin yazılı sənədi: Dövlət çevrilişinin planı

Onun Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə yazdığı məktub isə illərlə hazırlanan bir dövlət çevrilişi planının iyrənc detallarını üzə çıxarır. Bu, təsadüfi bir yazışma deyil — bu, xəyanətin və hakimiyyət hərisliyinin yazılı sübutudur.

Plan detalına qədər hazırlanmışdı: 50 nəfərlik “dövlət şurası” – sanki bir mafioz qrupun kod adı, onun altında “oyuncaq parlament” və tam nəzarətində olan “marionet baş nazir”. Amma baş rolda, təbii ki, yenə də köhnə intriqa ustası — Ramiz Mehdiyev. 

Bu məktub göstərdi ki, məqsəd sadəcə təsir uğrunda mübarizə deyildi — məqsəd dövlətin dayaqlarını sarsıtmaq, ölkəni xaosa sürükləmək idi. Onun təsəvvüründə “dövlət şurası” xalqın iradəsi deyil, şəxsi qisas planının icra komitəsi idi. Mehdiyev özünü bu “şura”nın sədri kimi görürdü.

Əslində bu, Ramiz Mehdiyevin gizlətməyə çalışdığı ambisiyalarının maskasız formasıdır — bu məktubda hər zaman olduğu kimi nə ideologiya, nə dövlətçilik, nə də xalqa xidmət anlayışı var. Yalnız hakimiyyət ehtirası, qısqanclıq, şəxsi kin və xəyanət.

Belə bir planın müəllifi olmaq təkcə siyasi cinayət deyil — bu, mənəvi rüsvayçılıqdır. Bu, təkcə bir şəxsin ifşası deyil — millətin taleyini şəxsi hakimiyyət hərisliyinə qurban verən bir adamın tam süqutunun rəsmi möhürüdür.

“İdarəolunan gərginlik” 

Ramiz Mehdiyev uzun illər boyu siyasətə bir növ laboratoriya kimi baxırdı. 

Cəmiyyətdə süni qarşıdurma yaratmaq, radikal və “hakimiyyətə qarşı” görünən qrupları pərdələnmiş şəkildə nəzarətdə saxlamaq, gərginliyi yönləndirmək – bütün bunlar “idarəolunan gərginlik” adlanan ssenarinin əsasını təşkil edirdi.

Mehdiyev üçün bu modelin məqsədi sadə idi: nə qədər ki, gərginlik var, onu idarə edən vacib fiqur sayılır. Sabitlik yarandıqda isə o, “artıq adam”a çevrilir.

2013-cü ilin siyasi eksperimenti

2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycanda qəribə bir dinamika müşahidə olunurdu. Bir tərəfdə “Ziyalılar Forumu”, digər tərəfdə isə  “Milli Şura” adlı yeni format ortaya çıxdı – onların ikisi də eyni ideoloji yanaşmanın məhsulu idi.

Əvvəlcə bu birliklər “azad düşüncə platforması” kimi təqdim olundu. Lakin çox keçmədən bəyanatlar siyasi ritorika aldı və “hakimiyyətə qarşı mübarizə” adı altında radikal çağırışlara çevrildi.

“Xaricdə təhsil almış gənclər” – növbəti hədəf

Həmin dövrdə yeni bir tezis dövriyyəyə buraxıldı: “Xaricdə oxuyan tələbələr Avropada azadlıq ruhuna yoluxur və Prezidentə qarşı çıxmağa başlayırlar”. Bu fikir məqsədli şəkildə ictimai diskursa yeridildi.

Beləcə, xaricdə təhsil alan gənclərdən düşmən obrazı formalaşdırılmağa başlandı. Prezident İlham Əliyevin şəxsən önəm verdiyi və xüsusi diqqətlə başladığı “Xaricdə təhsil proqramı”nın mahiyyəti təhrif olunurdu.

Prezidentin ideyası gənclərin beynəlxalq səviyyədə yetişdirilməsi idi, lakin Mehdiyevin və bəzi həmkarlarının məqsədi tam əksinə idi – bu gəncləri nüfuzlu Qərb universitetlərindəki təhsildən uzaqlaşdırmaq və onları Rusiya universitetlərinə yönləndirmək idi.

Bu istiqamətdə Ramiz Mehdiyev “yeni strategiya” hazırlamağa başladı. Planın mahiyyəti aydın idi: Avropada təhsil alan gəncləri “şübhəli” elan edərək, “Qərb emissarı” damğası vurmaq... 

Bu prosesin nəticəsində Prezidentin strateji təhsil siyasəti içəridən məqsədli şəkildə sabotaj olunurdu. Gənclərin üzərinə sistemli şəkildə inamsızlıq kölgəsi salınır, onların milli sədaqəti şübhə altına alınırdı. 

Əsl məqsəd isə aydın idi — yeni nəsli dövlətdən soyutmaq, onları ya müxalif düşərgəyə yönləndirmək, ya da özünün idarə etdiyi “intellektual müxalifət” ordusuna çevirmək idi.

“Milli Şura” və Moskva xətti

Elə həmin dövrdə Rusiyada fəaliyyət göstərən “Milyarderlər İttifaqı”nın “Milli Şura” ilə gizli əlaqələri barədə ciddi və əsaslı iddialar səslənirdi.


Azərbaycan mənşəli bəzi iş adamları vasitəsilə Moskva ilə müxalifət arasında koordinasiyalı vasitəçilik kanalları qurulduğu artıq gizlədilə bilmirdi.

İllərlə “anti-Rusiya” ritorikası ilə çıxış edən “Milli Şura”nın üzvlərinin bir anda bu mövqedən imtina etməsi təsadüf deyildi — bu, artıq siyasi sifarişin icrası idi. Rüstəm İbrahimbəyovun “vahid namizəd” kimi irəli sürülməsi və ardınca Rusiya Prezidentinə göndərilən minnətdarlıq dolu məktub bu oyunun son pərdəsi oldu.

Bütün bu ssenarinin arxasında isə Ramiz Mehdiyev dayanırdı — kölgədən idarə edən, milli maraqları xarici dairələrin masasında satmağa çalışan əsas fiqur...

“Mitinq taktikası”: İctimai şou, yoxsa siyasi illüziya?


2013-cü ildən sonra “Milli Şura”nın fəaliyyət xətti əsasən “mitinq taktikasına” söykəndi. Mitinqlər bir növ siyasi teatr formasında qurulurdu – azsaylı iştirakçılar qarşısında emosional çıxışlar edilsə də, real təsir gücü sıfıra bərabər idi.

Bu mitinqlər əsasən media vasitəsilə şişirdilir, xarici KİV-lərdə “Azərbaycan xalqı küçələrdədir” başlıqları ilə təqdim olunurdu. Reallıqda isə bir neçə yüz nəfərin qatıldığı aksiyalar ölkə həyatında heç bir əhəmiyyət daşımırdı.

Lakin məqsəd cəmiyyətə “hakimiyyət təzyiq altındadır” görüntüsü vermək və bu yolla daxili gərginliyi davam etdirmək idi. Əslində, bu “danışılmış döyüş” idi. 

“Mövcudluğun açarı” və sistemin paradoksu

Mehdiyev üçün süni gərginlik “mövcudluğun açarı” idi. Onun üçün sabitlik təhlükə demək idi.

Hakimiyyət daxilində “radikal müxalifətlə amansız mübarizə aparan” kimi görünür, cəmiyyətə isə “sabitliyin təminatçısı” obrazını təqdim edirdi. Yəni, eyni anda həm “yanğını alovlandıran”, həm də “yanğını söndürən” rolunda çıxış edirdi.

2019 – Ssenarinin iflas ili

Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması ilə “mitinq teatrı” da süquta uğradı. 23 oktyabr 2019-cu ildə - “Milli Şura”nın sonuncu aksiya cəhdindən cəmi dörd gün sonra Mehdiyev tutduğu vəzifədən kənarlaşdırıldı. 

Bu günün pəncərəsindən baxanda mənzərə daha aydın görünür: 19 oktyabrda Bakıda icazəsiz mitinq keçimək istəyi məhz Mehdiyevin 23 oktyabrda vəzifədən uzaqlaşdırılmasını əngəlləməyə hesablanmışdı. 

Lakin “Milli Şura”nın mitinq cəhdi - Ramiz Mehdiyevin sonuncu sifarişi də uğursuzluğa düçar oldu. Beləcə radikal müxalifətin enerjisi sanki bir anda söndü. Mitinqlər yoxa çıxdı, bəyanatlar dayandı, sosial şəbəkələrdə “hakimiyyətə təhlükə” ritorikası kəsildi.

Bu, artıq təsadüf deyildi – çünki ssenari müəllifi səhnə arxasından getmişdi.

Mehdiyevin həbsi və “dolayı müdafiə” planı


Ramiz Mehdiyevə qarşı “Vətənə xəyanət” ittihamı irəli sürüləndə, radikal müxalifətin bəzi nümayəndələri yenidən fəallaşmağa başladı. Əslində, bu şəxsləri “radikal” adlandıran da məhz Mehdiyevin özü idi. Onların radikallığı real siyasi mövqedən çox, söyüş və təhqir taktikasına əsaslanırdı. Azərbaycan cəmiyyətinə təsir imkanları isə faktiki olaraq sıfıra bərabər idi.

Mehdiyevi “ideoloji düşüncə qabiliyyətli siyasətçi”, “hakimiyyətin ideoloji sütunu” adlandıran həmin “müxalifətçi”lər bu dəfə açıq şəkildə müdafiə bəyanatları verməsələr də, “ittihamlar siyasi motivlidir” kimi mesajlar səsləndirildi.

Bu, əslində dolayı müdafiə mexanizmi – həm ictimai rəyin yönləndirilməsi, həm də Mehdiyevin qurduğu sistemin izlərinin silinməsi cəhdi idi.

“İdarəolunan xaos”un sonu

Bugünkü reallıq göstərir ki, Ramiz Mehdiyevin “siyasi laboratoriyası” illərdir zəhər istehsal edən bir mərkəz olub. O laboratoriyada yetişən bəzi “siyasi mutantlar” indi də səhnədədirlər — kimisi “QHT rəhbəri”, kimisi “media eksperti”, kimisi də “müstəqil analitik” adı ilə. 

Onların məqsədi eynidir: cəmiyyəti parçalamaq, dövlətə inamı sarsıtmaq və hakimiyyət maraqlarını qorumaq üçün xaosu normal vəziyyət kimi təqdim etmək.

Lakin artıq bu taktika keçmir. Cəmiyyətin siyasi şüuru 2010-cu illərin səviyyəsində deyil. Sosial medianın, açıq məlumat axınının mövcudluğu, o cümlədən yeni siyasi nəslin formalaşması Mehdiyevin köhnə “idarəolunan xaos” sisteminə yer buraxmır və buraxmayacaq.

Anar Tahirov, Bizim.Media-nın Baş redaktoru 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

Bu ixtisası bitirənlər zabit kimi XİDMƏT EDƏCƏK – RƏSMİ

Bu ixtisası bitirənlər zabit kimi XİDMƏT EDƏCƏK – RƏSMİ

ABŞ və İsraildən Bəndər-Lengə limanına BİRGƏ HÜCUM – Gəmilər belə məhv edildi – VİDEO

ABŞ və İsraildən Bəndər-Lengə limanına BİRGƏ HÜCUM – Gəmilər belə məhv edildi – VİDEO

Millimizin heyəti AÇIQLANDI

Millimizin heyəti AÇIQLANDI

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

Pulsuz təmizlədiyi evlərdən milyonlar qazanır – FOTO/VİDEO

Pulsuz təmizlədiyi evlərdən milyonlar qazanır – FOTO/VİDEO

Ev sahibi olmaq istəyənlər üçün əla fürsət - "Kristal"ın satış ofisləri bayramda da işləyir! - FOTO

Ev sahibi olmaq istəyənlər üçün əla fürsət - "Kristal"ın satış ofisləri bayramda da işləyir! - FOTO

Paytaxtdan bölgələrə sərnişin daşımalarında REKORD

Paytaxtdan bölgələrə sərnişin daşımalarında REKORD

SEPAH İran müxalifətinə qarşı hərəkətə keçdi: Xəbərdarlıq SMS-ləri göndərilir

SEPAH İran müxalifətinə qarşı hərəkətə keçdi: Xəbərdarlıq SMS-ləri göndərilir

Həyat yoldaşı "Toppuş bacı" ilə bağlı bu paylaşımlara əsəbiləşdi

Həyat yoldaşı "Toppuş bacı" ilə bağlı bu paylaşımlara əsəbiləşdi

Pakistan-Əfqanıstan müharibəsi daha da ALOVLANDI – Tarixi köklər və mümkün ssenarilər – ÖZƏL

Pakistan-Əfqanıstan müharibəsi daha da ALOVLANDI – Tarixi köklər və mümkün ssenarilər – ÖZƏL

Qəzaya uğrayan AZAL təyyarəsinin istintaqı ilə bağlı RƏSMİ AÇIQLAMA

Qəzaya uğrayan AZAL təyyarəsinin istintaqı ilə bağlı RƏSMİ AÇIQLAMA

"Dəmir Qübbə"ni idarə edən zabit İrana casusluq edirmiş... – DETALLAR

"Dəmir Qübbə"ni idarə edən zabit İrana casusluq edirmiş... – DETALLAR

“Labubu”nun filmi ÇƏKİLİR

“Labubu”nun filmi ÇƏKİLİR

Kəşfiyyat nazirinin öldürülməsinə Müctəba Xameneidən REAKSİYA

Kəşfiyyat nazirinin öldürülməsinə Müctəba Xameneidən REAKSİYA

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

Diabetdən qorunmağın ən sadə YOLU

Diabetdən qorunmağın ən sadə YOLU

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

End of content

No more pages to load

RADİO