Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi ilə siyasi məsləhətləşmələr çərçivəsində Bakıda səfərdə olan Berris Ekinci Fəxri və Şəhidlər xiyabanlarını, həmçinin Türk şəhidliyini ziyarət edib.



Bizim.Media