Varşavada Azərbaycan-Polşa biznes forumu keçirildi - FOTO/VİDEO

23 oktyabr 2025-ci il tarixində Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası və iclas çərçivəsində Azərbaycan-Polşa biznes forumu keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirlərdə iştirak etmək üçün Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Polşaya səfər edib.
 

Əvvəlcə, nazir Kəmaləddin Heydərov və Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri, Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini Mixal Baranovski Azərbaycan-Polşa biznes forumunun açılış mərasimində iştirak ediblər.


Tədbirdə çıxış edən K.Heydərov iki ölkə arasında siyasi əlaqələrin uğurlu inkişafının iqtisadi əməkdaşlığın da genişlənməsi üçün əlverişli imkanlar yaratdığını qeyd edib.

Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, eləcə də nəqliyyat, dəmir yolu infrastrukturu, kənd təsərrüfatı, turizm, qida, tikinti, enerji və digər sahələrdə əməkdaşlığın inkişafının ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Azərbaycanda xarici sərmayədarlar üçün formalaşdırılmış əlverişli biznes və investisiya mühitinin Polşa şirkətlərinin ölkə iqtisadiyyatına sərmayə yatırmaları baxımından geniş imkanlar yaratdığını bildirən nazir, keçirilən biznes forumun iqtisadi əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Forumda çıxış edən M.Baranovski Azərbaycan və Polşa arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, bu istiqamətdə məqsədyönlü tədbirlər görüldüyünü, keçirilən biznes forumun münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.
 

Qeyd edək ki, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi AZPROMO, Azərbaycanın Mərkəzi Avropa üzrə Ticarət Nümayəndəliyi və Polşa İnvestisiya və Ticarət Agentliyinin (PAIH) birgə təşkilatçılığı ilə keçirilmiş biznes forumda Azərbaycan və Polşadan ümumilikdə 130-dan çox iş adamı iştirak edib.


Daha sonra Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası öz işinə başlayıb.

İclasda çıxış edən Komissiyanın Azərbaycan tərəfindən həmsədri Kəmaləddin Heydərov səfər zamanı göstərilən qonaqpərvərliyə görə Polşa tərəfinə təşəkkür edib.

Azərbaycan-Polşa münasibətlərinin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslandığını xatırladan nazir, iki ölkə liderləri arasında keçirilən səmərəli görüşlərin və mövcud qarşılıqlı etimadın ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin daha da inkişafı üçün möhkəm əsaslar yaratdığını bildirib.

Bu çərçivədə, hazırkı iclasın ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin daha genişlənməsinə, eləcə də davamlı tərəfdaşlığın yeni layihələr və praktiki təşəbbüslər vasitəsilə möhkəmləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
 

Komissiyanın Bakıda keçirilmiş 8-ci iclası çərçivəsində imzalanmış sənədlər üzrə ötən dövr ərzində həyata keçirilmiş məhsuldar fəaliyyətdən danışan nazir K.Heydərov vurğulayıb ki, Komissiyanın əvvəlki qərarlarının icrası nəticəsində Azərbaycan-Polşa iqtisadi əlaqələrində müsbət nəticələr əldə edilib, sənaye və kənd təsərrüfatının müxtəlif sahələri, enerji, logistika və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi məqsədilə praktiki addımlar atılıb.


İclasda çıxış edən Mixal Baranovski ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edib, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu xatırladıb və Hökumətlərarası Komissiya çərçivəsində səmərəli fəaliyyətdən danışıb.

İclasda qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi edilib, Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

İclasın sonunda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolu” imzalanıb.
 

Protokolu Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini Mixal Baranovski imzalayıblar.


Həmçinin, iclas çərçivəsində “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyinin rəisi Pavel Meyer imzalayıblar.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

"Paxıllıq etməyin, tez qocalarsınız"

"Paxıllıq etməyin, tez qocalarsınız"

Rusiya bu hücuma görə İsrailə NOTA VERDİ

Rusiya bu hücuma görə İsrailə NOTA VERDİ

Ən azad ruhlu və macərapərəst 5 BÜRC

Ən azad ruhlu və macərapərəst 5 BÜRC

AFFA-nın milliləşdirmək istədiyi futbolçu bu yığmanı SEÇDİ

AFFA-nın milliləşdirmək istədiyi futbolçu bu yığmanı SEÇDİ

Doğuşdan sonra ailə dəstəyi: analar üçün 6 vacib kömək yolu

Doğuşdan sonra ailə dəstəyi: analar üçün 6 vacib kömək yolu

Bəsic qüvvələrinin kəşfiyyat rəhbəri də öldürüldü – FOTO

Bəsic qüvvələrinin kəşfiyyat rəhbəri də öldürüldü – FOTO

İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

Bu ixtisası bitirənlər zabit kimi XİDMƏT EDƏCƏK – RƏSMİ

Bu ixtisası bitirənlər zabit kimi XİDMƏT EDƏCƏK – RƏSMİ

ABŞ və İsraildən Bəndər-Lengə limanına BİRGƏ HÜCUM – Gəmilər belə məhv edildi – VİDEO

ABŞ və İsraildən Bəndər-Lengə limanına BİRGƏ HÜCUM – Gəmilər belə məhv edildi – VİDEO

Millimizin heyəti AÇIQLANDI

Millimizin heyəti AÇIQLANDI

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

End of content

No more pages to load

RADİO