Bakıda TDT-nin işçi qrupunun iclası KEÇİRİLDİ - FOTO

Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısı çərçivəsində işçi qrupun iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, TDT Baş katibinin müavini Merey Mukazhan təşkilata üzv dövlətlər arasında ortaq tarixi və mədəni dəyərlərin tərəfdaşlıq üçün möhkəm zəmin yaratdığını vurğulayıb.

Yaşıl texnologiyaların inkişafının və bu sahədə transformasiyanın sürətləndirilməsinin regionun davamlı inkişafında mühüm rol oynadığnı nəzərə çatdırıb, qarşılıqlı fəaliyyətin gücləndirilməsində İşçi qrupun iclasının mühüm rol oynayacağına əminliyini ifadə edib.
 

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya üzrə işçi qrupunun Türk dünyası üzrə əməkdaşlığın gücləndirilməsi və yeni təşəbbüslərin müzakirəsi üçün yaxşı platforma olduğunu vurğulayıb.


Fəaliyyət Planının icrası çərçivəsində üzv və müşahidəçi ölkələr arasında institusional əlaqələrin daha da gücləndiyi, bilik və təcrübə mübadiləsinin genişləndiyi qeyd olunub.

Azərbaycanın türk dövlətləri ilə əlaqələrə böyük önəm verdiyi, tədbirin sənaye, təhsil, innovasiya, texnologiya, investisiya, kiçik və orta sahibkarlığın inkişafı və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
 

İclasda Fəaliyyət Planının icrası ilə bağlı məsələlər müzakirə olunub. Müzakirələrdə sənaye istehsalında süni intellekt və rəqəmsal transformasiya, innovasiya ekosisteminin gücləndirilməsi üzrə proqramların icrası, investisiya, kiçik və orta sahibkarlığın (KOB) təşviqi məsələləri diqqət mərkəzində olub.


Elmi tədqiqat və təqaüd proqramlarının təşkili, elmi-texnoloji əməkdaşlığı təşviq edən institusional dəstək mexanizmləri, həmçinin metrologiya, qida təhlükəsizliyi üzrə infrastrukturun inkişafı, standartlaşdırma, əqli mülkiyyət sahəsində əməkdaşlıq, kosmik texnologiyaların istehsalı və inkişafı sahəsində birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. İşçi qrupun gələcək fəaliyyətinə dair atılacaq addımlar müzakirə edilib.

İclası çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti "Bakı KOB evi"nin fəaliyyəti ilə tanış olub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və "Bakı KOB evi"nin nümayəndələri tərəfindən qonaqlara KOB evi konsepsiyası və onun üstünlükləri barədə məlumat verilib.

Qeyd olunub ki, sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər KOB evlərində vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunur.
 

KOB evi modeli biznesə xidmətlərin göstərilməsi sahəsində yeniliklərdəndir. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən Azərbaycanın KOB evi modeli qabaqcıl innovativ təcrübə və nümunəvi model kimi qiymətləndirilərək, tətbiqi təşkilata üzv ölkələrə tövsiyə edilib.


Artıq bu modelin tətbiqinə dair bir neçə ölkə ilə əməkdaşlıq sənədləri imzalanıb.

KOB evi ilə tanışlıq çərçivəsində qonaqların sualları da cavablandırılıb.































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

"Paxıllıq etməyin, tez qocalarsınız"

"Paxıllıq etməyin, tez qocalarsınız"

Rusiya bu hücuma görə İsrailə NOTA VERDİ

Rusiya bu hücuma görə İsrailə NOTA VERDİ

Ən azad ruhlu və macərapərəst 5 BÜRC

Ən azad ruhlu və macərapərəst 5 BÜRC

AFFA-nın milliləşdirmək istədiyi futbolçu bu yığmanı SEÇDİ

AFFA-nın milliləşdirmək istədiyi futbolçu bu yığmanı SEÇDİ

Doğuşdan sonra ailə dəstəyi: analar üçün 6 vacib kömək yolu

Doğuşdan sonra ailə dəstəyi: analar üçün 6 vacib kömək yolu

Bəsic qüvvələrinin kəşfiyyat rəhbəri də öldürüldü – FOTO

Bəsic qüvvələrinin kəşfiyyat rəhbəri də öldürüldü – FOTO

İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

Bu ixtisası bitirənlər zabit kimi XİDMƏT EDƏCƏK – RƏSMİ

Bu ixtisası bitirənlər zabit kimi XİDMƏT EDƏCƏK – RƏSMİ

ABŞ və İsraildən Bəndər-Lengə limanına BİRGƏ HÜCUM – Gəmilər belə məhv edildi – VİDEO

ABŞ və İsraildən Bəndər-Lengə limanına BİRGƏ HÜCUM – Gəmilər belə məhv edildi – VİDEO

Millimizin heyəti AÇIQLANDI

Millimizin heyəti AÇIQLANDI

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

End of content

No more pages to load

RADİO