Hindistanın 73-cü Respublika Günü münasibətilə Bakıda qanvermə aksiyası təşkil olunub.
Hindistan səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, aksiya "Hind Hospitalı", Azərbaycan Hind Assosiasiyası, Bakı Malayali Assosiasiyası, Azərbaycan Telequ Assosiasiyası və Bakı Tamil Sanqam təşkilatı ilə birlikdə keçirilib.
Hindistan səfiri Bavitlunq Vanlalvavna qan verməyə gələn hər kəsə minnətdarlığını bildirib. O, qanvermənin “dünya bir ailədir” mənasını verən “Vasudhaiva Kutumbakam” adlı hind fəlsəfəsindən ilhamlandığını bildirib.
Qanvermə aksiyasına səfir, onun həyat yoldaşı, səfirliyin əməkdaşları, Hindistan icmasının üzvləri və könüllülər qatılıblar.
Bizim.Media