Azərbaycanla Qazaxıstan arasında sənədlər imzalandı - FOTO/VİDEO

Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub.

Bizim.Media xəbər verir ki, əvvəlcə prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev “Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatı”nı, “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1 saylı Qərarı”nı və “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərarı”nı imzalayıblar.

Sonra Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub.

“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qazaxıstanın ədliyyə naziri Yerlan Sersembayev mübadilə ediblər.

“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov mübadilə ediblər.

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov mübadilə ediblər.

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın Strateji Planlaşdırma və İslahatlar Agentliyinin sədri Aset İrqaliyev mübadilə ediblər.

“Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Qazaxıstan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın Baş prokuroru Berik Asılov mübadilə ediblər.

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın səhiyyə naziri xanım Akmaral Alnazarova mübadilə ediblər.
 

“Samruk Kazına” Səhmdar Cəmiyyəti ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) arasında Əməkdaşlıq Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın “Samruk Kazına Milli Rifah Fondu” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov mübadilə ediblər.


“Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qazaxıstanın “Samruk Kazına Milli Rifah Fondu” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov mübadilə ediblər.


“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstan Baş nazirinin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev mübadilə ediblər.
 

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi arasında süni intellekt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın Baş nazirinin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev imzalayıblar.


“Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Qazaxıstan Respublikasının Rəqabətin Qorunması və İnkişafı Agentliyi arasında rəqabət siyasəti sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qazaxıstanın Rəqabətin Qorunması və İnkişafı Agentliyinin sədri Marat Omarov mübadilə ediblər.








































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

End of content

No more pages to load

RADİO