“Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir”.
Bizim.Media xəbər verir ki, bu bəyanatla Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib.
Qazaxıstan dövlətinin başçısı vurğulayıb:
“Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, nəhayət uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu sarsılmaz təməl üzərində çoxşaxəli əməkdaşlığımızı uğurla inkişaf etdiririk”.
Bizim.Media