Prezidentdən Beynəlxalq Konfransın iştirakçılarına MÜRACİƏT

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları!

Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusuna həsr olunmuş 4-cü iclasında ürəkdən salamlayıram.

Asiya qitəsi zəngin mədəni irsi, tarixi müxtəlifliyi və dinamik inkişaf potensialı ilə qlobal transformasiya proseslərini irəli aparmaq üçün geniş imkanlara malikdir. Bu coğrafiyanın xalqlarını təmsil edən siyasi partiyalar yalnız milli mədəni dəyərlərin qorunmasında deyil, həm də beynəlxalq əməkdaşlıq, qarşılıqlı hörmət və sivilizasiyalararası anlaşmanın təşviqində böyük rol oynayırlar.
 

ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq potensialının üzə çıxarılmasında vacib platformadır. Asiya Mədəniyyət Şurasının budəfəki iclasının mərkəzi mövzusu bəşəriyyətin ən aktual prioritetləri ilə üst-üstə düşərək yeni qlobal nizamın humanist və inklüziv əsaslar üzərində qurulmasına xidmət edir.


Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu, mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı unikal bir məkan olmuşdur. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad və sülh şəraitində birgəyaşayışı mühüm rol oynamışdır.

Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib hissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Azərbaycan eyni zamanda beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir, sivilizasiyalararası dialoq zəminində davamlı olaraq bir sıra təşəbbüslər irəli sürür. Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləri dəstəkləyən mühüm platformaya çevrilmişdir.

Müasir dövrdə bəşəriyyət dərin transformasiya mərhələsini yaşayır, mövcud qlobal nizam silahlı münaqişələr, ekoloji böhranlar və sosial-iqtisadi bərabərsizliklər kimi çoxşaxəli çağırışlar qarşısında sınağa çəkilir.

Bu şəraitdə mədəniyyət insanları və cəmiyyətləri ali bəşəri dəyərlər ətrafında birləşdirən və sosial inteqrasiyanı təşviq edən əvəzsiz amil kimi çıxış edir. Milli ənənələrin qorunması ilə yanaşı, dialoqa və qarşılıqlı anlayışa açıq olmaq müasir beynəlxalq münasibətlərdə ortaq gələcəyin kollektiv şəkildə formalaşdırılmasını şərtləndirir. Beləliklə, mədəniyyət qlobal sabitliyə töhfə verən mühüm alətə çevrilir.

Keçən ilin noyabrında Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbiri keçirməsi ölkəmizin qlobal dialoq, əməkdaşlıq və konsensus mərkəzi kimi rolunu bir daha təsdiqlədi.

İqlim dəyişikliyi ilə mübarizə bəşəriyyətin ortaq səylərini tələb etdiyi kimi, beynəlxalq sülhün, mədəni qarşılıqlı anlaşmanın və qlobal həmrəyliyin qorunması da eyni miqyasda kollektiv öhdəlik zərurətini ortaya qoyur. Hər iki çağırış ölkələri qlobal məsuliyyət və kollektiv öhdəlik prinsipləri əsasında tədbirlər görməyə sövq edir.
 

Əminəm ki, Şuranın ölkəmizdə təşkil edilən 4-cü iclası Asiyada və onun hüdudlarından kənarda xalqlar arasında dialoq ənənələrinin daha da möhkəmlənməsinə, eləcə də qlobal mədəni inteqrasiyaya yeni təkan verəcəkdir.


İnanıram ki, bu iclasda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar qlobal dialoqu zənginləşdirərək beynəlxalq ictimaiyyətə həmrəylik və birlik mesajını çatdıracaq, xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir. Sizə ən xoş diləklərimi çatdırır və tədbirin işinə uğurlar arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

End of content

No more pages to load

RADİO