Abbas Abbasov: “Belçikanın Afrikada törətdiyi vəhşiliklər insan əzabının ən dəhşətli nümunələrindən biridir” – FOTO

Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Polşanın paytaxı Varşavada keçirilən ATƏT-in Varşava İnsan Ölçüsü konfransında çıxış edərək Belçikanın Afrikada törətdiyi vəhşiliklərin insan əzabının ən dəhşətli nümunələrindən biri olduğunu vurğulayıb.

BTQ-dən Bizim.Media-ya verilən məlumata görə, konfransda ATƏT-ə üzv olan 57 ölkənin nümayəndələri, ATƏT institutları və digər icra strukturları, hökumətlərarası təşkilatlar, QHT nümayəndələri iştirak edib.
 

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov konfransın irqçilik, ksenofobiya, ayrı-seçkilik, dini dözümsüzlük, insan alveri və fundamental azadlıqlar kimi qlobal problemləri əhatə edən üç plenar sessiyasında çıxış edib.


O, çıxışlarında bir sıra ölkələrin müstəmləkəçilik və neokolonial siyasətlərini hələ də davam etdirdiyini təəssüflə qeyd edərək, bunun acı nəticələrinə dair real faktları iştirakçıların diqqətinə çatdırıb.

Bu xüsusda, Belçikanın Afrikada törətdiyi vəhşilikləri yada salaraq Konqonu istismarın və insan əzabının ən dəhşətli nümunələrindən biri kimi təqdim edib.

O, Afrikada həyata keçirilmiş insanlıq əleyhinə cinayətlərin hələ də beynəlxalq ictimaiyyət tərəfindən lazımi şəkildə qiymətləndirilməməsini ədalətsizlik adlandırıb. Həmçinin Belçikanın Konqodakı kolonial dövründə yerli dinləri məhv etmək və ya mədəni normaları zorla tətbiq etdiyini, bunun nəticəsində bu günə qədər davam edən dərin mədəni və mənəvi yaraların qaldığını qeyd edib.

Abbas Abbasov eyni zamanda Fransanın dənizaşırı ərazilərində - Kanaki-Yeni Kaledoniya, Qvadelup, Martinik və Mayot kimi bölgələrdə - yerli xalqların ikinci dərəcəli vətəndaş statusunda yaşadığını bildirib.
 

O, Qvadelup və Martinikdə Karib hövzəsinin Afrika mənşəli əhalisinin qərar qəbulu proseslərindən sistemli şəkildə kənarlaşdırıldığını və bərabər iqtisadi imkanlardan məhrum edildiyini vurğulayıb. Mayot adasında isə əhalinin əksəriyyətini təşkil edən müsəlmanların məqsədyönlü şəkildə təcrid siyasətinə məruz qaldığını, adanın hərbiləşdirilmiş qalaya çevrildiyini qeyd edib.


O əlavə edib ki, Fransız Qvianası və Reyunyonda iqtisadi asılılıq, işsizlik və ekoloji fəlakətlər yerli əhalini məcburi köçkünlüyə və insan alveri şəbəkələrinin hədəfinə çevirib. Bu ərazilərdə insan alveri müasir dövrdə kolonial köləliyin davamıdır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

End of content

No more pages to load

RADİO