Birinci Xanım Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasında olub - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasında olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasındakı bərpa işləri ilə tanış oldu - FOTO


Bizim.Media xəbər verir ki, Birinci vitse-prezident burada molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olub.

“Bambino Gesu” pediatrik xəstəxanasının prezidenti Titsiano Onesti Birinci vitse-prezident Mehriban Əliyevaya laboratoriyalar haqqında məlumat verib.

Bildirilib ki, 1869-cu ildə Salviati ailəsi tərəfindən əsası qoyulmuş, Roma şəhərində yerləşən, Müqəddəs Taxt-Tacın ekstraterritorial ərazisi hesab olunan “Bambino Gesu” pediatrik xəstəxanası ilkin olaraq özəl xəstəxana kimi yaradılıb. Bu tibb müəssisəsi uşaq müalicəsi üçün nəzərdə tutulmuş ilk strukturlar arasındadır.

Diqqətə çatdırılıb ki, “Bambino Gesu” pediatrik xəstəxanası İtaliya dövləti tərəfindən maliyyələşdirilən və dövlət xəstəxanası kimi fəaliyyət göstərən qurum olmasına baxmayaraq, Müqəddəs Taxt-Tacın bir müəssisəsidir və birbaşa ona hesabat verir, onun rəhbərliyinə tabedir.


2006-cı ildə xəstəxana “Joint Commission International” tərəfindən akademik xəstəxana kimi akkreditə olunub və hazırda Avropanın ən böyük uşaq xəstəxanası və tədqiqat mərkəzidir.

Qeyd olunub ki, San Paolo filialı xəstəxananın genetik və hüceyrə tədqiqatları üçün ən müasir texnologiyalarla təchiz edilmiş böyük tədqiqat laboratoriyalarının, o cümlədən qabaqcıl müalicə üsullarının tətbiq olunduğu əczaçılıq emalatxanasının mərkəzidir. Burada klinik diaqnozların nəticələri bir daha təsdiqlənmək üçün genetik analizlərlə qarşılaşdırılır, habelə metabolik analizlər sayəsində pasientlərə fərdi tibbi yanaşma tətbiq olunur.

Bu il sentyabrın 10-da Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın “Bambino Gesu” pediatrik xəstəxanası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Bambino Gesu” xəstəxanası ilə qurulan əməkdaşlıq nadir xəstəliklər, molekulyar genetika, klinik diaqnostika və digər müvafiq sahələrin Azərbaycanda inkişafına mühüm töhfə verəcək.

 

Bu tərəfdaşlıq azərbaycanlı alim və tədqiqatçılara qabaqcıl elmi yanaşmalara yiyələnmək və müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalarda araşdırmalar aparmaq imkanı yaradacaq. Nəticədə ölkəmizdə bu sahələrdə müstəqil elmi tədqiqatlar aparmağa qadir kadr potensialı formalaşacaq, beynəlxalq standartlara cavab verən yeni laboratoriyaların təsis olunması üçün şərait yaranacaq.


Həmçinin əməkdaşlıq çərçivəsində səhiyyə mütəxəssislərimizin təlim və mübadilə proqramlarında iştirakı nəzərdə tutulub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO

Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

End of content

No more pages to load

RADİO