Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin AÇILIŞINDA - FOTO

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfərə gəlib.

Bizim.Media xəbər verir ki, oktyabrın 16-da səfər çərçivəsində Birinci Vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakabone, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri Birinci Vitse-prezident Mehriban Əliyevanı qarşıladılar.
 

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone Birinci Vitse-prezident Mehriban Əliyevanın uzun illərdir başçılıq etdiyi komissiya ilə çox yaxından və səmərəli əməkdaşlıq etdiyini bildirib. Paskuale Yakobone Komodilya katakombalarının açılışında iştirakına görə Birinci Vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib.


Bu layihə həyata keçirilməzdən əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihənin icra olunduğu vurğulayan Komissiyasının prezidenti Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpasına Heydər Əliyev Fondunun səyləri nəticəsində nail olduqlarını vurğulayıb.

"Heydər Əliyev Fondunun dəstəyi ilə bir tərəfdən mürəkkəb, lakin digər tərəfdən bizi çox ilhamlandıran, böyük enerji verən bərpa işlərini birgə həyata keçirdik", - deyə o əlavə edib.

Paskuale Yakobone layihə çərçivəsində Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının üzvlərinin 2024-cü ilin iyulunda Azərbaycana yaddaqalan səfərini xatırladıb. O, bu işin yüksək səviyyədə başa çatdırılmasına görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib.

Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi ölkəmizə səmimi və dərin dostluq telləri ilə bağlı olduğunu vurğulayaraq, Azərbaycana üç dəfə səfər etdiyini diqqətə çatdırıb, səfərlər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və məhz onun qərarı ilə Azərbaycan dövlətinin ən yüksək mükafatlardan birinə - "Dostluq" ordeninə layiq görüldüyünü qeyd edib.

Canfranko Ravazi Birinci Vitse-prezident Mehriban Əliyeva ilə səmimi dostluq və qarşılıqlı hörmət münasibətlərindən söz açaraq deyib:

"Bu münasibətlər uzun illər ərzində formalaşıb, şəxsən mənə böyük və dərin təəssürat bağışlayıb. Təşkil etdiyimiz səfərlərdə Birinci Vitse-prezidentin arxeologiya sahəsinə xüsusi bağlılığının şahidi olduq. Çünki səfərlər çərçivəsində bərpa olunan yerləri şəxsən özü ziyarət edirdi. Əlbəttə ki, onun dəstəyi sayəsində, Heydər Əliyev Fondunun göstərdiyi yardım nəticəsində bu gün katakombaların açılışında əməkdaşlığımızın yeni bir səhifəsini yazırıq.

Görülmüş işlərə görə Birinci Vitse-prezidentə dərin təşəkkürümü bildirirəm".

O, hər iki tərəfin bu sahədə ahəngdarlıq nümayiş etdirdiyini qeyd edib.

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca növbəti səfərindən böyük şərəf hissi duyduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırıb.

“Mən çox şadam ki, biz bu illər ərzində çox gözəl əməkdaşlıq yaratmışıq. Buraya hər gəlişimizdə bizim dostlarımızın sayı artır", - deyə Birinci Vitse-prezident qeyd edib.

Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkan olduğunu vurğulayan Mehriban Əliyeva deyib:

"Bu gün bu prinsiplər həm bizim dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Əminəm ki, bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir".

Birinci Vitse-prezident həm Vatikanda, həm də Azərbaycanda bu layihələrdə əməyi olan şəxslərə dərin minnətdarlığını ifadə edərək bildirib:

"Heydər Əliyev Fondu olaraq gələcəkdə əməkdaşlığımızı davam etdirməyə maraqlıyıq və hazırıq. İnanıram ki, bu fəaliyyət davamlı olacaq. Sonda katolik dünyası üçün böyük mənəvi dəyərlər daşıyan "Yubiley İli" münasibətilə hər birinizi təbrik edirəm. Fürsətdən istifadə edərək, sizi Azərbaycana səfərə dəvət edirəm".

Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında çalışan insanlara burada görülmüş işlərə görə təşəkkürünü bildirib. Bu layihə üzərində bir neçə il çalışdığını deyən bələdiyyə prezidenti Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

Sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Komodilya katakombalarının açılışı olub.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin Vatikana səfəri zamanı 2021-ci il martın 4-də Fond və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Komodilya katakombalarının bərpası ilə bağlı müqavilə imzalanıb.
 

Bildirilib ki, katakombların yerləşdiyi məkan XVIII əsrdə aşkar olunub, ilkin tədqiqatlar 1900-cü ildən başlanıb. Erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahı olub. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pietroya Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar müstəsna dini və tarixi əhəmiyyət daşıyır.


Ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katakombanın statikasına mənfi təsir göstərib. Heydər Əliyev Fondunun göstərdiyi dəstək katakombanın böyük arxeoloji dəyərə malik olan bu hissəsini uçmaq təhlükəsindən qoruyub.

Bərpa prosesi zamanı işçilərin sağlamlığı üçün təhlükəsiz, ekoloji cəhətdən təmiz materialların istifadəsi də daxil olmaqla, müasir metod və texnologiyalar tətbiq edilib.

Məhsulların möhkəmləndirilməsi prosesində nanotexnologiyadan və boyalı səthlərin emalı üçün lazer texnologiyasından istifadə olunub. Bütün materiallar yeraltı mühitlə yüksək uyğunluq nəzərə alınmaqla seçilib.

Qeyd edək ki, Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir.

































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

Azərbaycan və Monteneqro XİN başçıları görüşdü – FOTO/YENİLƏNİB

Azərbaycan və Monteneqro XİN başçıları görüşdü – FOTO/YENİLƏNİB

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi – FOTO

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi – FOTO

Qaynanmış yumurtanı tezbazar soymağın ən asan ÜSULU

Qaynanmış yumurtanı tezbazar soymağın ən asan ÜSULU

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Cinayət törədən 48 nəfər SAXLANILDI

Cinayət törədən 48 nəfər SAXLANILDI

Həmin hissəni kəsib atmaq da işə yaramır - Belə çörəkləri yeməyin

Həmin hissəni kəsib atmaq da işə yaramır - Belə çörəkləri yeməyin

Alimlər “3I/ATLAS” kometasında qəribə enerji sıçaryışı aşkarladılar

Alimlər “3I/ATLAS” kometasında qəribə enerji sıçaryışı aşkarladılar

DYP sürücülərə MÜRACİƏT ETDİ

DYP sürücülərə MÜRACİƏT ETDİ

Yaşar Güler: "Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək"

Yaşar Güler: "Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək"

Mingəçevirdəki “Baku Electronics” bağlandı – FOTO/VİDEO

Mingəçevirdəki “Baku Electronics” bağlandı – FOTO/VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq – PROQNOZ

Sabah bəzi yerlərdə yağış yağacaq – PROQNOZ

Bakıda 19 yaşlı oğlan qəfil dünyasını dəyişdi

Bakıda 19 yaşlı oğlan qəfil dünyasını dəyişdi

Türkiyə gözəli seçildi – FOTO

Türkiyə gözəli seçildi – FOTO

Sürücülərin NƏZƏRİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Meyxanaçı Ağakərim dəfn edildi – FOTO/VİDEO

Meyxanaçı Ağakərim dəfn edildi – FOTO/VİDEO

Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı

Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı

Psixoloqlar da İMTAHAN VERƏCƏK?

Psixoloqlar da İMTAHAN VERƏCƏK?

İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum EDİLDİ

İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum EDİLDİ

3 bürc üçün sehr kimi dövr BAŞLAYIR

3 bürc üçün sehr kimi dövr BAŞLAYIR

Bakıda bu avtobuslarda bank kartı ilə ÖDƏNİŞ aktivləşdirildi

Bakıda bu avtobuslarda bank kartı ilə ÖDƏNİŞ aktivləşdirildi

“Dəyirman”ın Anarı bu qurumda yüksək vəzifədə çalışır – FOTO

“Dəyirman”ın Anarı bu qurumda yüksək vəzifədə çalışır – FOTO

Xankəndinin bu qəsəbəsinə ilk köç oldu – FOTO/VİDEO

Xankəndinin bu qəsəbəsinə ilk köç oldu – FOTO/VİDEO

Rusiyanın bu bölgəsində spirtli içkilərin satışı QADAĞAN EDİLİR

Rusiyanın bu bölgəsində spirtli içkilərin satışı QADAĞAN EDİLİR

End of content

No more pages to load

RADİO