İlham Əliyev Aİ-nin yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı Tirana və Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqla xatırlayaraq, həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirib. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin son dinamikasını vurğulayaraq, bir il ərzində Avropa İttifaqının 3 komissarının Azərbaycana səfərinə toxunub.

Mariyana Kuyundziç Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Azərbaycanın fəal regional diplomatiya siyasəti yürütdüyünü deyən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Mariyana Kuyundziç Prezident İlham Əliyevin son dövrlərdəki səfərlərinin və iştirak etdiyi beynəlxalq Zirvə toplantılarının bunun bariz nümunəsi olduğunu vurğulayıb.

O, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da inkişafı üçün əlverişli imkanların olduğunu deyərək, enerji, nəqliyyat sahələrində uğurlu əməkdaşlığa toxunub, Avropa İttifaqının regional nəqliyyat bağlantılarının yaradılması layihələrini yaxından dəstəklədiyini qeyd edib.

Mariyana Kuyundziç Avropa İttifaqının ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana dəstəyini davam etdirəcəyini bildirib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

End of content

No more pages to load

RADİO