Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
Bizim.Media xəbər verir ki, iclasda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilməsi ilə əlaqədar R.Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edilib.
Xatırladaq ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.
O, oktyabrın 15-dən etibarən vəzifəsinin icrasına başlayıb.
Bizim.Media