Əli Həsənov: “Hər bir siyasətçi və məmur öz əməlinə görə qanun qarşısında cavab verməlidir” – EKSKLÜZİV

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində dörd ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
 

MÖVZU İLƏ BAĞLI:

 Ramiz Mehdiyevə qarşı 3 ağır İTTİHAM – Onu hansı CƏZA gözləyir?


O, Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Ramiz Mehdiyevin məsuliyyətə cəlb olunması ilə bağlı ən çox diqqət çəkən məqam, onun illərlə yaxın çevrəsində olmuş, siyasi karyerasını məhz Mehdiyevin himayəsində quran və onun ideoloji məktəbindən çıxmış Əli Həsənovun mövqeyidir.

Bir çoxları hesab edir ki, Mehdiyevin qurduğu sistemin ən fəal icraçılarından biri olan və uzun illər mediada təzyiq və linc siyasətinin əsas memarlarından sayılan Həsənovun bu gün məsuliyyətdən yayınması cəmiyyətdə haqlı suallar doğurur.

“Mənim bu işlərlə əlaqəm yoxdur”

Məsələ ilə bağlı Bizim.Media Əli Həsənovla əlaqə saxlayıb.

Sabiq şöbə müdiri açıqlamasında bildirib ki, baş verən hadisələrin onun fəaliyyətinə heç bir aidiyyəti yoxdur:

“Kimin hansı dövrdə nə iş gördüyü və bu əməllərin hansı məsuliyyət doğurduğu barədə mənim deyəcək sözüm yoxdur. Kimə aidiyyatı varsa, aidiyyəti qurumlar da ondan bunun hesabını soruşurlar. Mən hazırda təqaüddəyəm və yalnız elmi fəaliyyətlə məşğulam. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti əvvəllər necə dəstəkləmişəmsə, bu gün də eyni səviyyədə dəstəkləyirəm. Mən və ailə üzvlərim 1990-cı ildən bu yana Əliyevçilərik və bu amal uğrunda ömrümüzün sonuna qədər sadiq qalacağıq.”

Əli Həsənov əlavə edib ki, son 35–40 il ərzində Azərbaycan dövlətinə və Yeni Azərbaycan Partiyasının siyasətinə sədaqətlə xidmət edib və bu gün də dövlət kursunu tam dəstəkləyir.

Amma tarix unutmur…

Lakin ictimaiyyət yaxşı xatırlayır ki, məhz Əli Həsənovun Prezident Administrasiyasında olduğu dövrdə Azərbaycan mediası manipulyasiya mərhələsini yaşayıb.

O, Ramiz Mehdiyevlə birlikdə media üzərindən cəmiyyətə məhz özlərinə sərf edən rəyin formalaşdırılması, şəxsi opponentlərə qarşı məqsədli linc kampaniyalarının təşkili və istənilməyən şəxslərin informasiya məkanından uzaqlaşdırılması siyasətini formalaşdıran şəxs kimi tanınırdı.

Onlar “siyasi məqsədyönlülük” adı altında jurnalistikadan öz şəxsi rəqiblərinə qarşı silah kimi istifadə edirdilər. Cəmiyyətin yaddaşında Əli Həsənovun adı məhz Mehdiyevin sistemini qorumaq siyasəti ilə qalıb.

“Sədaqət” bəyanatı – məsuliyyətdən yayınmaq cəhdi?

Ramiz Mehdiyevə qarşı irəli sürülən ağır ittihamlarla bağlı sualımıza cavab verərkən Əli Həsənov konkret mövqe bildirməkdən yayınaraq belə deyib:

“Mən bu ittihamların mahiyyətindən və ittihamı irəli sürən qurumun hansı əsaslara söykəndiyindən məlumatlı olmadığım üçün bu barədə şərh verməkdə çətinlik çəkirəm.”

Bu cavab isə ictimai rəydə birmənalı qarşılanmır.

Bir çoxları hesab edir ki, illərlə Mehdiyevin ideoloji xəttini təbliğ edən, onun qurduğu sistemdə aparıcı rol oynamış şəxsin indi məsuliyyətdən uzaqlaşmağa çalışması səmimiyyətlə izah oluna bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

End of content

No more pages to load

RADİO