Paşinyan ordu günündə harada gizlənib? - Ü.Cəfərov: “Ermənilər riskli zonalara qadınları yollayırlar”

“Paşinyan Ermənistan ordusunun qarşısına çıxmamaq üçün koronavirus adı ilə aradan çıxıb. Guya COVİD-ə tutulub”, - sözləri ilə açıqlamasına başlayan hərbi ekspert Üzeyir Cəfərov Ermənistan ordusu ilə bağlı başqa maraqlı faktlara da toxunub. 

Bizim.Media olaraq əvvəlcə xəbər verək ki, yanvarın 28-i Ermənistanda “Ordu Günü”dür.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan tərəfini seçdi: Ukrayna məsələsi KTMT ilə müzakirə edilir...


Amma elə Üzeyir Cəfərovun sözləri ilə desək, Ermənistan ordusu adlı qurum özünə gələ bilməyib.

Hərbi ekspert 44 günlük savaşda Azərbaycanın işğalçılara endirdiyi saarsıdıcı zərbəni xatırladaraq Ermənistan silahlı qüvvələrinin hələ də nokaut vəziyyətində olduğunu bildirib. Fakt kimi isə, II Qarabağ müharibəsindən sonra Ermənistan ordusunun aktiv fəaliyyət boşluğu, genişmiqyaslı təlimlər keçirməməsini göstərmək olar.

Ermənistan ordusu çoxsaylı istefa və qalmaqallarla yadda qalıb:

“Bir də Qazaxıstandakı son olaylarda “biz də varıq” prinsipi ilə hərbçilər (sülhməramlı) yolladılar. Hərbçilər arasında hətta qadınlar da var idi. Adətən riskli zonalara kişilər gedir, amma ermənilər nədənsə qadınlarını göndərir belə yerlərə”.

Üzeyir Cəfərov əlavə edib ki, Ermənistan ordusunun normal vəziyyətə gəlməsi üçün minimum 3-5 il intensiv silahlanmalı, şəxsi heyətə təlimlər keçirilməlidir. Hazırda isə yalandan özlərini sakitləşdirirlər ki, guya bunların ordusu var. Ermənistan ordusunu bu qısa müddətdə dirçəltmək üçün hərb elmi də acizdir. Çünki ermənilərin özlərinin saydıqları məhv olan texnika və itirdiyi şəxsi heyət xırda rəqəmlər deyil.

Yəni ermənilərin həyata keçirdiyi hərbi təlimlər “qonşudan qalma dala” mahiyyəti kəsb edir. Hərbi ekspert son beynəlxalq hərbi reytinqləri də açıqlayıb:
 

“Ermənilər Azərbaycan və Gürcüstan ordusu ilə heç cür müqayisə olunmaz. Çünki Gürcüstan qardaş Türkiyənin rəhbərliyi altında ordusunu NATO standartları ilə hazırlayır.


Azərbaycan ordusu da döyüşlərdən qalib çıxmış, təlimlər keçmiş və bu müddət ərzində müəyyən silah-sursat almış ordudur. Beynəlxalq reytinqdə Ermənistan ordusu bərbad vəziyyətdədir və Azərbaycandan 34 pillə geri qalır”.

Xatırladaq ki, sözügedən reytinqdə Cənubi Qafqaz ölkələri arasında lider Azərbaycandır. Ermənistan isə Gürcüstana da 9 pillə uduzur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mətanət keçmiş sevgilisindən DANIŞDI: “Diz çöküb ayağından öpdüm” – VİDEO

Mətanət keçmiş sevgilisindən DANIŞDI: “Diz çöküb ayağından öpdüm” – VİDEO

Cəmi bir rulon ilə kombi xərclərini azaldan dahiyanə üsul

Cəmi bir rulon ilə kombi xərclərini azaldan dahiyanə üsul

Azərbaycan-Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında MÜZAKİRƏLƏR BAŞLADI – VİDEO

Azərbaycan-Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında MÜZAKİRƏLƏR BAŞLADI – VİDEO

Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu gələn həftə KEÇİRİLƏCƏK

Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu gələn həftə KEÇİRİLƏCƏK

"Park Yasamal"da mənzil almaq üçün yeni fürsət: “Kristal” faizsiz və aylıq öhdəliksiz satışa start verdi!

"Park Yasamal"da mənzil almaq üçün yeni fürsət: “Kristal” faizsiz və aylıq öhdəliksiz satışa start verdi!

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirildi – FOTO

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirildi – FOTO

Mavi günbəzin altında gizlədilən HƏQİQƏTLƏR – İrəvanda qalan son izimiz necə farslaşdırıldı? - VİDEO

Mavi günbəzin altında gizlədilən HƏQİQƏTLƏR – İrəvanda qalan son izimiz necə farslaşdırıldı? - VİDEO

İki gün güclü külək əsəcək – XƏBƏRDARLIQ

İki gün güclü külək əsəcək – XƏBƏRDARLIQ

Əməkdar artist 5 il sonra ilk dəfə bacısı ilə GÖRÜŞDÜ - VİDEO

Əməkdar artist 5 il sonra ilk dəfə bacısı ilə GÖRÜŞDÜ - VİDEO

DYP-dən Aeroport yolundakı məhdudiyyətlə bağlı MÜRACİƏT – FOTO

DYP-dən Aeroport yolundakı məhdudiyyətlə bağlı MÜRACİƏT – FOTO

Ötən ay 7 aptekdə nöqsan AŞKARLANDI

Ötən ay 7 aptekdə nöqsan AŞKARLANDI

Bakı-Qazax magistralında qorxulu anlar: Yük maşını aşdı – VİDEO

Bakı-Qazax magistralında qorxulu anlar: Yük maşını aşdı – VİDEO

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Vətəndaş və tikinti şirkəti arasındakı mübahisələr BU YOLLA həll edilə bilər

Vətəndaş və tikinti şirkəti arasındakı mübahisələr BU YOLLA həll edilə bilər

1,3 və 5 qəpiklə bağlı MÜHÜM AÇIQLAMA

1,3 və 5 qəpiklə bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

“Arsenal” səfərdə xal itirdi - VİDEO

“Arsenal” səfərdə xal itirdi - VİDEO

Pensiyaçılara ŞAD XƏBƏR!

Pensiyaçılara ŞAD XƏBƏR!

Sığorta ilə bağlı YENİLİK – Bu qaydada aparılacaq

Sığorta ilə bağlı YENİLİK – Bu qaydada aparılacaq

Hava limanlarının inşası ilə bağlı QANUN DƏYİŞİR

Hava limanlarının inşası ilə bağlı QANUN DƏYİŞİR

Sabah 20 dərəcə isti olacaq – PROQNOZ

Sabah 20 dərəcə isti olacaq – PROQNOZ

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

Pezeşkian yenə Azərbaycan dilində şeir söylədi – VİDEO

Pezeşkian yenə Azərbaycan dilində şeir söylədi – VİDEO

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

End of content

No more pages to load

RADİO