“Biz Ermənistanla Azərbaycan arasında müharibəni dayandırdıq. Onlar 31 il vuruşdular.
Oval Ofisdə bir-birinə əks tərəfdə oturmuşdular. Bir saatı bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində çıxışı zamanı bildirib.
“İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır”, - deyə Tramp qeyd edib.
Bizim.Media