Azərbaycan və Rusiyanın Baş nazirlərinin müavinləri GÖRÜŞDÜ – FOTO

Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə rusiyalı həmkarı Aleksey Overçuk arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 10%-dən çox artdığı qeyd edilib, bu müsbət dinamikanın cari ildə də davam etdiyi və 8 ay ərzində qarşılıqlı ticarətin ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% artaraq 3 milyard 350 milyon dollar olduğu vurğulanıb.
 

Şimal-Cənub dəhlizi ilə daşımaların həcmi 2025-ci ilin 9 ayı ərzində 8.3% artıb. Bunun 10.4%-i avtomobil, 2%-i isə dəmiryolu daşımalarının payına düşür.


Bu ilin 8 ayı ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında 15% artım müşahidə olunub ki, bunun da 23%-i meyvə-tərəvəz məhsullarının payına düşür. Tərəflər investisiyalar, sənaye, nəqliyyat-tranzit, energetika, gömrük və digər sahələrdə həyata keçirilən birgə layihələrin gedişindən məmnunluq ifadə ediblər.

Nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi kontekstində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələsinə xüsusi diqqət yetirilib, dəhliz boyunca infrastrukturun genişləndirilməsi işlərinin sinxron şəkildə həyata keçirilməsinin və yük axınlarının davamlı artımının təmin edilməsinin önəmi vurğulanıb.

Görüş zamanı həmçinin əməkdaşlığın mövcud potensialından səmərəli istifadə olunması, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda Bakıda keçirilən Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünün əhəmiyyətinə toxunulub, aparılan danışıqların və qəbul edilən qərarların əməkdaşlığın müvafiq sahələrdə daha da möhkəmlənməsinə töhfə verməklə, hər üç ölkə üçün və ümumilikdə region üçün faydalı olacağına əminlik ifadə olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - YENİLƏNİB/FOTO/VİDEO

Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - YENİLƏNİB/FOTO/VİDEO

Makron dövlətimizin başçısını belə salamladı - VİDEO

Makron dövlətimizin başçısını belə salamladı - VİDEO

Ərəb klubu “Qalatasaray”ın hücumçusunu transfer etmək İSTƏYİR

Ərəb klubu “Qalatasaray”ın hücumçusunu transfer etmək İSTƏYİR

Tramp İlham Əliyev HAQDA: “O, sizə düşmən kimi lazım deyil” - VİDEO

Tramp İlham Əliyev HAQDA: “O, sizə düşmən kimi lazım deyil” - VİDEO

Yaralı halda döyüşə qayıdan QƏHRƏMAN - Nəşi 63 gün sonra tapılan Məhəmmədəli İbrahimlinin HƏYAT YOLU – FOTO/VİDEO

Yaralı halda döyüşə qayıdan QƏHRƏMAN - Nəşi 63 gün sonra tapılan Məhəmmədəli İbrahimlinin HƏYAT YOLU – FOTO/VİDEO

İlham Əliyev Şarm əl-Şeyxdə Trampla görüşdü - VİDEO

İlham Əliyev Şarm əl-Şeyxdə Trampla görüşdü - VİDEO

İstanbul klubunun yeni baş məşqçisi MƏLUM OLDU

İstanbul klubunun yeni baş məşqçisi MƏLUM OLDU

"Bundan peşman deyiləm"

"Bundan peşman deyiləm"

Xaçmazda dəniz sahilində suiti cəsədləri AŞKARLANDI

Xaçmazda dəniz sahilində suiti cəsədləri AŞKARLANDI

"Birlik – 2025” birgə təliminin koordinasiya toplantısı keçirildi - FOTO

"Birlik – 2025” birgə təliminin koordinasiya toplantısı keçirildi - FOTO

Ərdoğandan Meloniyə: “Siqareti tərgitməlisiniz” - VİDEO

Ərdoğandan Meloniyə: “Siqareti tərgitməlisiniz” - VİDEO

Bakıda Azərbaycan-İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olundu - FOTO

Bakıda Azərbaycan-İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olundu - FOTO

Oktyabrda uğur BU BÜRCLƏRİN qapısını döyəcək

Oktyabrda uğur BU BÜRCLƏRİN qapısını döyəcək

İlham Əliyev və Ərdoğan arasında Misirdə səmimi görüş - VİDEO

İlham Əliyev və Ərdoğan arasında Misirdə səmimi görüş - VİDEO

Rövnəq Abdullayevə AĞIR İTKİ

Rövnəq Abdullayevə AĞIR İTKİ

Ötən ayın ƏN YAXŞISI seçildi

Ötən ayın ƏN YAXŞISI seçildi

Tramp yenə Zelenskini qəbul edəcək - BU TARİXDƏ

Tramp yenə Zelenskini qəbul edəcək - BU TARİXDƏ

DİQQƏT: Bakının bəzi küçələrində tıxac var

DİQQƏT: Bakının bəzi küçələrində tıxac var

Ənvər Həsənovun qəbirüstü abidəsi ilə bağlı iddialara Mədəniyyət Nazirliyindən CAVAB

Ənvər Həsənovun qəbirüstü abidəsi ilə bağlı iddialara Mədəniyyət Nazirliyindən CAVAB

Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin görüşü KEÇİRİLDİ - FOTO

Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin görüşü KEÇİRİLDİ - FOTO

Gümüşün qiyməti tarixi maksimumu YENİLƏDİ

Gümüşün qiyməti tarixi maksimumu YENİLƏDİ

Azərbaycanda yeni yaradılan klubun baş məşqçisi BƏLLİ OLDU

Azərbaycanda yeni yaradılan klubun baş məşqçisi BƏLLİ OLDU

Bu ərazilərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Bu ərazilərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Azərbaycan əhalisinin yanacaq xərcləri ARTIB

Azərbaycan əhalisinin yanacaq xərcləri ARTIB

End of content

No more pages to load

RADİO