Milli Məclisin deputatı Elçin Mirzəbəyli üzvü olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasından (ƏHD Partiyası) xaric edilib.
Bizim.Media xəbər verir ki, Elçin Mirzəbəyli bu barədə “Modern.az”a açıqlama verib.
Deputat bildirib ki, o, partiyadan xaric edilməsi ilə bağlı müraciət etməyib, xəbəri də yalnız mətbuatdan oxuyub.
“Mən partiyadan öz xoşumla çıxmamışam. Bununla bağlı müraciət də etməmişəm. Partiyanın İdarə Heyəti qərar verib. Ayın 29-da partiya sədrinin müavinliyindən azad olunmuşdum, ondan da xəbərim yox idi. Bu gün də siz dediyiniz xəbəri mətbuatdan oxumuşam”, - o bildirib.
Qeyd edək ki, hazırda ƏHD Partiyasının sədri deputat Qüdrət Həsənquliyevdir.
Bizim.Media