Qazaxıstanlı politoloq: “Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi xəritəsini dəyişəcək” – ÖZƏL

“Azərbaycanda Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 12-ci Zirvə Görüşü uğurla keçirildi. Bu ilki zirvənin mövzusu əvvəlkilərdən fərqli olaraq, “Regionda sülh və təhlükəsizlik” məsələlərinə həsr olundu”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında qazaxıstanlı politoloq Amangeldi Kurmet deyib.

Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvəsini şərh edən Kurmet, Azərbaycanla-Ermənistan arasında gözlənilən sülhdən sonra TDT üçün yeni imkanlar yaranacağını bildirib:

“Məlum olduğu kimi, bu ilin yay aylarında Azərbaycan və Ermənistan arasında ABŞ vasitəçiliyi ilə sülh sazişi üzrə ilkin razılaşma əldə olunub. Bunun nəticəsində Zəngəzur dəhlizinin açılması ehtimalı daha da artıb. Türk Dövlətləri isə bu şəraitdə Orta Dəhliz layihəsində daha sıx iştirak etməyi planlaşdırır. Beləliklə, Zəngəzur dəhlizindən bütün türk ölkələrinin birgə istifadə etməsi üçün imkanlar genişlənir”.

Hazırda Türkiyə, Azərbaycan, Qazaxıstan və digər türk dövlətləri bu istiqamətdə fəal hazırlıq görürlər:

“Məsələn, bu ilin avqust ayında Türkiyədə Qars–Dilucu dəmir yolu xəttinin inşasına start verilib. Bu xəttin ümumi uzunluğu 24 kilometr olacaq və layihə başa çatdıqdan sonra birbaşa Azərbaycanın Naxçıvan bölgəsinə qədər uzanacaq. Yeni xətt vasitəsilə ildə 5 milyon tondan artıq yük daşınması planlaşdırılır. Eyni zamanda Qazaxıstanda Dostık–Moyıntı istiqamətində yeni dəmir yolu xətləri və avtomobil yolları çəkilir. Bu layihələrin hamısı Orta Dəhliz, yəni Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Azərbaycan və Türkiyə vasitəsilə Avropaya birləşdirən strateji nəqliyyat marşrutu çərçivəsində həyata keçirilir”.

Kurmet əlavə edib ki, hazırda dünyanın bir çox bölgəsində gərginliklər yaşanır.

“Ədən körfəzi və Süveyş kanalı kimi beynəlxalq marşrutlarda istənilən vaxt problemlər yarana bilər. Bu səbəbdən ən etibarlı və təhlükəsiz ticarət yolu Orta Dəhliz hesab olunur. Zəngəzur dəhlizinin açılması isə bu marşrutun strateji əhəmiyyətini daha da artırır.
 

Çünki Çindən-Avropaya və əks istiqamətə yüklərin daşınması ildən-ilə artır. Bu baxımdan Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, həm də bütün türk dövlətləri üçün iqtisadi və logistik üstünlüklər yaradacaq.


Əlbəttə, burada dəhlizin təhlükəsizliyinin təmin olunması da çox vacibdir. Bu layihədə yalnız Türkiyə, Azərbaycan və Qazaxıstan deyil, Çin kimi böyük iqtisadi güclər də maraqlıdır”, - deyə A.Kurmet əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

End of content

No more pages to load

RADİO