Erməni revanşistlərin suya düşən PLANLARI – Anti-Azərbaycan qüvvələrini susduran DÜŞƏNBƏ GÖRÜŞÜ

Xəbər verdiyimiz kimi oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Görüş çərçivəsində bir sıra məsələlər müzkirə edilib, o cümlədən AZAL təyyarəsinin qəzası ilə bağlı məqamlara aydınlıq gətirilib.

Düşənbə görüşü ilə bağlı Bizim.Media sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla həmsöhbət olub.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevlə Putinin təkbətək görüşü keçirildi – FOTO/VİDEO


Həmin müsahibəni təqdim edirik:


- Tofiq müəllim, Düşənbə görüşünün nəticələrini ümumilikdə necə qiymətləndirmək olar?

- Birincisi ondan başlamaq istəyirəm ki, Düşənbə görüşündən sonra həm bizim, həm də Rusiya mediasında, eləcə də beynəlxalq miqyasda diskussiyalar gedir ki, bu görüş nəticəsində kim uddu, kim uduzdu... Mən şəxsən hesab edirəm ki, Düşənbə görüşündə sağlam məntiq qələbə çaldı. Bu qarşıdurma nə Azərbaycana, nə də Rusiyaya sərf edirdi. Ona görə də bu gərginliyə son verilməsi hər iki tərəfin, xüsusilə də Azərbaycanın maraqlarına uyğundur. Çünki heç kim istəməzdi ki, bu böhran dərinləşsin və münaqişə səviyyəsinə çatsın.

Ötən müddətdə biz beynəlxalq mediada bir reallığı gördük ki, iki ölkə arasındakı soyuqluqdan bəzi dairələr öz maraqları üçün istifadə etməyə, böhranı daha da dərinləşdirməyə çalışırdılar. Təbii ki, Azərbaycan bu təxribatlara səbrlə və məntiqlə cavab verərək iki ölkə arasında münasibətlərin daha da korlanmasına imkan vermədi.

Azərbaycanın təyyarə qəzası ilə tələbləri də çox məntiqli idi. Dəfələrlə cənab Prezident bildirdi ki, “biz beynəlxalq hüququn icrasını istəyirik”. Çünki bəzi MDB ölkələrində “böyük-kiçik” dövlət anlayışı hələ də qalmaqdadır. Lakin Azərbaycan üçün belə bir məntiq yoxdur. Məhz bu səbəbdən Azərbaycanın sağlam məntiqi sonda qələbə çaldı.

Əsas odur ki, hər iki lider lazım olan mesajları bu görüşdə verdilər. Biz münasibətlərdə soyuqluğun aradan qaldırılmasında maraqlıyıq. Bu həm dövlət maraqlarımız, həm də Rusiyada yaşayan soydaşlarımız üçün olduqca vacibdir. Əminəm ki, Düşənbə görüşündən sonra Rusiyada yaşayan soydaşlarımıza qarşı aparılan qanunsuz hərəkətlərə son veriləcək.

- Bildiyiniz kimi iki ölkə arasında yaranan soyuqluqdan Rusiyadakı bəzi təxribatçı qüvvələr daha çox faydalanmağa çalışırdı. Bu mənada Düşənbə görüşünü təxribatçı qüvvələrə, o cümlədən Zatulin, Solovyov, Simonyan kimi ermənipərəst qüvvələrin planlarına zərbə kimi dəyərləndirə bilərikmi?

- Tamamilə, doğrudur. Məlumdur ki, Rusiyanın siyasi dairələrində Azərbaycana qarşı mənfi mövqe tutan qüvvələr çoxdur. Hətta belə bir aforizm də var: “Kremlin güllələri”. Son 10 ayda həmin qüvvələr anti-Azərbaycan təbliğatını xeyli gücləndirmişdi. Yəqin ki, bu görüşdən sonra həmin qüvvələr böyük ölçüdə susacaq və Rusiyada yeni bir trend başlayacaq. Son nəticədə isə Azərbaycana qarşı düşmənçilik kampaniyası dayandırılacaq.

Bir məsələni də nəzərə almalıyıq ki, insanlar arasında olan münasibətlər dövlətlər arasındakı münasibətlərdən tamamilə fərqlənir. İnsanlar istənilən məsələyə münasibətdə öz emosiyalarını da ortaya qoyurlar. Böyük siyasətdə isə əsas meyar dövləti maraqlarıdır. Düşənbədə də məhz dövlət maraqları üstün oldu.

- Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluqdan Ermənistandakı revanşistlər də faydalanmaq istəyirdi. Vəziyyətdən istifadə edərək xam xəyallar qururdular. Onların da planları suya düşdü?

- Təbii, təbii... Təkcə Ermənistandakı revanşistlər üçün yox, bütün anti-Azərbaycan qüvvələri üçün Düşənbə görüşü çox yaxşı cavab oldu. Xatırladım ki, bir zamanlar ABŞ Adminstrasiyası da ölkəmizə qarşı düşmənçilik mövqeyində dayanmışdı. ABŞ-Azərbaycan münasibətlərindəki soyuq münasibətdən müəyyən qüvvələr, hətta bəzi dövlətlər belə faydalanmağa çalışırdı. Fransanın son 3 ildə ölkəmizə qarşı sərgilədiyi siyasəti xatırlamaq kifayətdir. Lakin Azərbaycanı diplomatik səyləri və qətiyyəti sayəsində bu soyuqluq aradan qalxdı və hazırda ABŞ-Azərbaycan münasibətləri artıq strateji müttəfiqlik səviyyəsinə çatmaqdadır.

Digər bir fakt olaraq İranla olan münasibətləri xatırlada bilərəm. İrandakı bəzi qüvvələr ölkəmizlə münasibətləri az qala münaqişə səviyyəsinə çatdırmışdılar. Ancaq Azərbaycanın uzaqgörən və məntiqli siyasəti hesabına iki ölkə arasında buzlar əridi. Hətta İrandakı təxribatçı qüvvələr ağıllı siyasət hesabına neytrallaşdırıldı və fərqli tendensiyalar ortaya atıldı. Bu mənada Ermənistandakı revanşist qüvvələrin məkrli planları Azərbaycanın sağlam məntiqi hesabına pozuldu.

- Belə bir ifadə var ki, “böyük dövlətlər böyük, kiçik dövlətlərsə ağıllı siyasət hesabına irəli gedə bilir”. Azərbaycanın sağlam məntiqə əsaslanan siyasəti ölkəmizi regional gücə çevirib. Elə deyilmi..?

- Təbii ki, elədir. Siyasi iradə, artan iqtisadi-siyasi imkanlardan bacarıqla istifadə etmək hesabına Azərbaycan hələ çox uğurlara imza atacaq. Məmnunluqla qeyd etməliyəm ki, 44 günlük müharibədən sonra Azərbaycan daha qətiyyətli, daha suveren siyasət yürüdür. Azərbaycan kimi kiçik, lakin nüfuzlu bir oyunçunun yaranması bir çox ölkələri narahat edir. Nəzərə almalıyıq ki, Azərbaycanın qüdrətlənməsi, davamlı sabitliyin olması vətəndaşlarımızdan başqa çox az dairələrin ürəyincədir. Əksər dövlətlər istəyir ki, Azərbaycan zəif dövlət olsun və onlar da öz maraqlarını bizə diqtə edə bilsin. Nə yaxşı ki Azərbaycan dünya arenasında özü və müttəfiqləri üçün mühüm rol oynayan bir ölkəyə çevrilib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

End of content

No more pages to load

RADİO