Milli Məclisin deputatı Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasına Baş katibi seçildiyi üçün onun deputat mandatına xitam veriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə parlamentin bugünkü iclasında bildirilib.
Ramil Həsən parlamentdə sonuncu dəfə çıxış edib.
Qeyd edək ki, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsən təşkilatın yeni Baş katibi seçilib.
Günay Şahmar, Bizim.Media