Siyasi partiyalarda MONOPOLİYA: Sədrlər müavinlərini niyə üzə çıxmağa qoymur? -ARAŞDIRMA

Son dövrlər Azərbaycanda siyasi partiyalar fəallaşıb. Belə ki, daha əvvəl tanınmayan, yaxud yeni yaranan partiyalar da gündəmə çevrilə bilib. Bunun isə bir neçə səbəbi var:

Bizim.Media partiyaların işi barədə vaxtaşırı araşdırmalar, şərh və siyasətçilərdən eksklüziv müsahibələr hazırlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalara tapşırıq verildi: “SƏRT MÖVQE TUTUN!”


Bu dəfə partiya sədrlərinin müavinləri arasında ən tanınmış, fəal və aktiv olmayanları nəzərdən keçirəcəyik.

Xatırladaq ki, Ağ Partiya sədri Tural Abbaslının bölüşdüyü son (2021) müxalifət reytinqinə görə, onun partiyası ilk yerdədir. Lakin həmin partiyanın adı çəkiləndə ilk ağıla gələn elə Tural Abbaslının özüdür. Yəni sədr müavinləri elə də populyar deyil. Bircə son dövrlər “YouTube” kanallarına çıxmaqla Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli qismən tanınmaqdadır.

Müxalif reytinqində Abbaslıya uduzan AXCP sədrinin partiyasında özündən başqa xüsusi tanınan siyasətçilər yoxdur. AXCP müavinləri yalnız vaxtaşırı istefa ərizələri ilə gündəmə gəliblər. 
 

Həbsdə olan VİP sədri Əli Əliyevin də müavinləri xalq arasında tanınmır. Halbuki, Əli Əliyev azadlıqda olmadığı bir vaxtda partiyanın işini və siyasi xəttini müavinlər davam etdirməlidir.


Ümid Partiyasının sədri İqbal Ağazadədir və tanınmaq barədə onun özünə bərabər olmasa da, qismən yaxın müavini ictimaiyyətə bəlli deyil.

Eyni sözləri REAL Partiyası haqqında söyləmək olmaz. Çünki partiyanın sədr müavinlərindən Erkin Qədirli millət vəkilidir. Natiq Cəfərli isə iqtisadi ekspert kimi bəzən İlqar Məmmədovun özündən daha aktual və populyardır.

Bəlkə də ən çox müavini olan partiya Müsavat olsa da, siyasi təşkilatda Arif Hacılı qədər tanınan üzv yoxdur. Onsuz da, Arif Hacılınını özü də 2021-in reytinqində sonuncu yerdədir. 

Vətəndaş Həmrəyliyi Partiyasında da liderləri Sabir Rüstəmxanlı qədər sevilən və tanınan başqa bir siyasətçi yoxdur. Baxamayaraq ki, partiyanın birinci müavini Fəzail İbrahimlidir.

Fəzail İbrahimli 5 çağırış deputat, AŞPA-dakı nümayəndə heyətimizin üzvü olub. Hazırda Milli Məclisin sədr müavini və parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədridir. Amma o da Sabir Rüstəmxanlı qədər populyar deyil.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev ən fəal millət vəkillərindəndir. Onun partiyada birinci müavini Rafiq Daşdəmirlidir və əsasən AXCP ilə söz atışmalarında fəal olub. Bəzi sosial tənqidləri də var. Amma sədrinin məşhurluğunun kölgəsində qalır. Digər müavin Ehtiram Mehtiyev də gündəm siyasətçisinə çevrilə bilməyib. Məhəmməd Əsədullazadə isə vaxtaşırı siyasi şərhçiliklə KİV-də yer alır. Son olaraq bildirək ki, digər müavin Tural İrfan ilahiyyatçı olaraq tanınır.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev tanınsa da, son dövrlər çox da tələb olunmur. Onun müavinləri də populyar deyil. Bununla yanaşı, ötən həftə səhhətində problemlərin olması xəbəri yayılıb.

Azərbaycan Yüksəliş Partiyası (AYP) 2020-də yaranıb və sədri Anar Əsədlinin tanındığı qədər müavinləri Bəhhrəm İsmayılov və Gülşən Hacıyeva da fəaldırlar. Amma partiyanın fanat ordusu hələ tam formalaşmayıb. 


Qüdrət Həsənquliyevin sədrlik etdiyi BAXCP müavinləri ən fəallar sırasındadırlar. Belə ki, Elçin Mirzəbəyli müxtəlif analitik teleproqramlardakı aparıcılıq, siyasi açıqlamalar, publisistik yazılar və şeirləri ilə yetərincə məşhurdur. Partiyanın digər sədr müavini Niyaməddin Orduxanlının da kifayət qədər QHT, siyasi təcrübəsi var. Hətta sosial şəbəkələrdə ən çox izlənilən siyasətçilər sırasındadır.

Əsasən sədrləri tanınan partiyalar arasında Azərbaycan Demokrat Partiyası Sərdar Cəlaloğlu, Ana Vətən Partiyası – Fəzail Ağamalı, Kommunist Partiyası – Rauf Qurbanovun rəhbərlik etdiyi siyasi təşkilatları qeyd etmək olar. 
 

Xanhüseyn Kazımlının yaratdığı Sosial Rifah Partiyasına isə hazırda onun qızı Əsli Kazımova rəhbərlik edir. Amma partiya sədrinin özü də çox tanınmadığı üçün müavinləri barədə danışmağa dəyməz. 


Mövzunu bu yazıda qeyd olunmayan digər partiyalarla da davam etdirəcəyik.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lənkəranda üçuşaqlı ananın dünyaya gətirdiyi üçəmlərin son durumu

Lənkəranda üçuşaqlı ananın dünyaya gətirdiyi üçəmlərin son durumu

Bitkoini olanlara BƏD XƏBƏR

Bitkoini olanlara BƏD XƏBƏR

Azərbaycan və Çin arasında birgə universitet yaradılır? – FOTO

Azərbaycan və Çin arasında birgə universitet yaradılır? – FOTO

Həkimlər xəbərdarlıq edir: Çayı belə içmək olmaz

Həkimlər xəbərdarlıq edir: Çayı belə içmək olmaz

Xankəndidə partlayış - Ölən var – FOTO

Xankəndidə partlayış - Ölən var – FOTO

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Ata Abdullayev azadlığa çıxdı

Ata Abdullayev azadlığa çıxdı

Azərbaycan bu ölkəyə nar ixracını bərpa etdi

Azərbaycan bu ölkəyə nar ixracını bərpa etdi

“Sabah” iki futbolçusu ilə yollarını AYIRDI

“Sabah” iki futbolçusu ilə yollarını AYIRDI

“Danone” MMC Azərbaycanda ləğv olunubsa, məhsulları kim və necə SATIR? – FOTOFAKT

“Danone” MMC Azərbaycanda ləğv olunubsa, məhsulları kim və necə SATIR? – FOTOFAKT

Xırdalanda yarım ton yanacaq oğurlayan sürücü HƏBS EDİLDİ

Xırdalanda yarım ton yanacaq oğurlayan sürücü HƏBS EDİLDİ

1-ci kurs tələbəsi vəfat etdi - FOTO

1-ci kurs tələbəsi vəfat etdi - FOTO

Humanitar yardıma görə Azərbaycana təşəkkür etdilər – FOTO

Humanitar yardıma görə Azərbaycana təşəkkür etdilər – FOTO

Qusarda Səfərbərlik Xidmətinin 14 illiyi QEYD olundu - FOTO

Qusarda Səfərbərlik Xidmətinin 14 illiyi QEYD olundu - FOTO

Millimizin oyunlarının təqvimi AÇIQLANDI

Millimizin oyunlarının təqvimi AÇIQLANDI

Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?

Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?

Taxta materialları bahalaşacaq – Bu TARİXDƏN

Taxta materialları bahalaşacaq – Bu TARİXDƏN

Məktəblərdə vahid geyim formaları niyə pozulur? – VİDEO

Məktəblərdə vahid geyim formaları niyə pozulur? – VİDEO

Prezident və birinci xanım Almaniyada səfərdədir – FOTO/VİDEO

Prezident və birinci xanım Almaniyada səfərdədir – FOTO/VİDEO

Günay Ağamalıdan qəza törətməsi iddiası ilə bağlı AÇIQLAMA

Günay Ağamalıdan qəza törətməsi iddiası ilə bağlı AÇIQLAMA

Qaxın sabiq icra başçısı ilə bağlı QƏRAR

Qaxın sabiq icra başçısı ilə bağlı QƏRAR

“Zirə” bu legionerlə VİDALAŞACAQ

“Zirə” bu legionerlə VİDALAŞACAQ

30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI – FOTO

30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI – FOTO

Bacısı oğluna işgəncə verən Günay Novruzovanın həbs müddəti UZADILDI

Bacısı oğluna işgəncə verən Günay Novruzovanın həbs müddəti UZADILDI

End of content

No more pages to load

RADİO