Zakir Həsənov Tehrana hansı MESAJI çatdırıb? – Əhməd Əlilinin TƏHLİLİ

“İran və Azərbaycan arasında münasibətlərdə vaxtaşırı gərginliklər olsa da, rəsmi Bakı və Tehran bu gərginliklərin aradan qaldırılması üçün hər iki tərəfi qane edən həllər tapa biliblər. Biz 2000-ci illərin sonunda da, 2010-larda da müəyyən hadisələrə şahid olduq. Amma İran və Azərbaycanda olan siyasi fəal qruplar iki ölkə arasında münasibətlərin normallaşmasına səy göstəriblər.

Düşünürəm ki, İran-Azərbaycan münasibətlərində ən böyük gərginliyə ötən ilin yayın sonu və payız aylarında şahid olduq. Bundan sonra biz İran diplomatiyasının aktiv fəaliyyətini gördük.

Bu istiqamətdə bir sıra variantları həm Bakı, həm də Tehranda nəzərdən keçirdikdən sonra aydın oldu ki, dostluq münasibətləri hər iki tərəfə daha çox fayda verə bilər. Əlbəttə ki, bu, ziddiyyətli məqamların tamamilə sıradan çıxması demək deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Zakir Həsənov İranın Baş Qərargah rəisi ilə görüşdü


Tərəflər siyasi məsələlərdəki gərginliyi azaltmaq üçün, iqtisadi aktivliyi artırmağa səy göstərirlər. Bununla da siyasi proseslərdəki gərginlik müəyyən qədər zəifləyə bilər”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili bildirib.

İranla Azərbaycan arasında son günlər müşahidə olunan diplomatiya trafikini şərh edən ekspert, ilk növbədə ölkələr arasında münasibətlərin xarakteristikasına toxunub.

Fikirlərinin davamında isə Əhməd Əlili nazirlərin səfərini aktual edən mühüm məqamı diqqətə çatdırıb:

“Nazirlərin səfərlərinə gəlincə isə, bir müddət öncə baş verənlərə nəzər salmaq vacibdir. Belə ki, Azərbaycan və İran prezidentləri Türkmənistan qazının Avropaya nəqli ilə bağlı razılığa gəlmişdi. Daha sonra İran tərəfindən əlavə işçi qrupun yaradılması ilə bağlı mövqe sərgilənmişdi. Bu kontekstdə, Türkmənistan qazının Avropaya çıxarılması Azərbaycan üçün siyasi prioriteti olan, strateji vektor gətirə bilən bir məsələdir. Düşünürəm ki, Bakı və Tehran münasibətlərdə pozitiv məqamların üzə çıxması üçün addımlar atmağa daha maraqlı görünür. Ona görə də, tərəflər arasındakı müəyyən narazılıqları aradan qaldırmaq üçün bu cür səfərlər təşkil olunur. 

Ekspert İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin Qarabağa, Azərbaycan müdafiə naziri Zakir Həsənovun isə Tehrana səfərlərini şərh edib:

“İran Azərbaycanda (Qarabağda) yenidənqurma işlərində aktiv iştirak etmək istəyir. Ona görə də, bu sahəyə məsul olan nazirlərdən biri gəlir və bu ərazilərdə infrasturktur layihələrinin reallaşdırılması imkanları nəzərdən keçirilir.

Əlbəttə ki, Azərbaycan da İran tərəfinin Ermənistana çox asanlıqla hərbi yardım etmək istəyindən ciddi formada narahatdır. Biz gördük ki, İran həmin dövrdə Ermənistana hərbi yardım edə bilmə mesajlarını Azərbaycana ünvanlayırdı (İrəvandakı səfirin dili ilə). Düşünürəm ki, Azərbaycan müdafiə naziri İrana səfər etməklə bu istiqamətdə olan anlaşmazlıqları aradan qaldırmağa çalışır”.

Əhməd Əlilinin sözlərinə görə, Azərbaycan-İran münasibətləri yaxınlaşma kursu götürüb:  

“Bundan sonra, Türkmənistan qazının Avropaya çıxarılması strateji layihədir. Əminəm ki, Bakı və Tehran bu istiqamətdə yaxınlaşma kursu götürüblər. Layihələrin sayı artdıqca, İran əməkdaşlıqda imkanlar gördükcə (2020-ci ilin Qarabağ müharibəsindən sonra İran özü üçün hər hansı bir xeyir görmürdü), onun əvvəlki mövqeyi zəifləyəcək və sıradan çıxacaq.

Bundan sonra, Bakı və Tehran bir-birilə iqtisadi sahədə əməkdaşlıq edə biləcəklər. Əminəm ki, iqtisadi əməkdaşlıq bir müddətdən sonra siyasi gərginliklərə də səbəb açan məsələlərdə öz rolunu oynayacaq və bu istiqamətdə də biz mülayimləşmə görəcəyik”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lənkəranda üçuşaqlı ananın dünyaya gətirdiyi üçəmlərin son durumu

Lənkəranda üçuşaqlı ananın dünyaya gətirdiyi üçəmlərin son durumu

Bitkoini olanlara BƏD XƏBƏR

Bitkoini olanlara BƏD XƏBƏR

Azərbaycan və Çin arasında birgə universitet yaradılır? – FOTO

Azərbaycan və Çin arasında birgə universitet yaradılır? – FOTO

Həkimlər xəbərdarlıq edir: Çayı belə içmək olmaz

Həkimlər xəbərdarlıq edir: Çayı belə içmək olmaz

Xankəndidə partlayış - Ölən var – FOTO

Xankəndidə partlayış - Ölən var – FOTO

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Ata Abdullayev azadlığa çıxdı

Ata Abdullayev azadlığa çıxdı

Azərbaycan bu ölkəyə nar ixracını bərpa etdi

Azərbaycan bu ölkəyə nar ixracını bərpa etdi

“Sabah” iki futbolçusu ilə yollarını AYIRDI

“Sabah” iki futbolçusu ilə yollarını AYIRDI

“Danone” MMC Azərbaycanda ləğv olunubsa, məhsulları kim və necə SATIR? – FOTOFAKT

“Danone” MMC Azərbaycanda ləğv olunubsa, məhsulları kim və necə SATIR? – FOTOFAKT

Xırdalanda yarım ton yanacaq oğurlayan sürücü HƏBS EDİLDİ

Xırdalanda yarım ton yanacaq oğurlayan sürücü HƏBS EDİLDİ

1-ci kurs tələbəsi vəfat etdi - FOTO

1-ci kurs tələbəsi vəfat etdi - FOTO

Humanitar yardıma görə Azərbaycana təşəkkür etdilər – FOTO

Humanitar yardıma görə Azərbaycana təşəkkür etdilər – FOTO

Qusarda Səfərbərlik Xidmətinin 14 illiyi QEYD olundu - FOTO

Qusarda Səfərbərlik Xidmətinin 14 illiyi QEYD olundu - FOTO

Millimizin oyunlarının təqvimi AÇIQLANDI

Millimizin oyunlarının təqvimi AÇIQLANDI

Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?

Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?

Taxta materialları bahalaşacaq – Bu TARİXDƏN

Taxta materialları bahalaşacaq – Bu TARİXDƏN

Məktəblərdə vahid geyim formaları niyə pozulur? – VİDEO

Məktəblərdə vahid geyim formaları niyə pozulur? – VİDEO

Prezident və birinci xanım Almaniyada səfərdədir – FOTO/VİDEO

Prezident və birinci xanım Almaniyada səfərdədir – FOTO/VİDEO

Günay Ağamalıdan qəza törətməsi iddiası ilə bağlı AÇIQLAMA

Günay Ağamalıdan qəza törətməsi iddiası ilə bağlı AÇIQLAMA

Qaxın sabiq icra başçısı ilə bağlı QƏRAR

Qaxın sabiq icra başçısı ilə bağlı QƏRAR

“Zirə” bu legionerlə VİDALAŞACAQ

“Zirə” bu legionerlə VİDALAŞACAQ

30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI – FOTO

30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI – FOTO

Bacısı oğluna işgəncə verən Günay Novruzovanın həbs müddəti UZADILDI

Bacısı oğluna işgəncə verən Günay Novruzovanın həbs müddəti UZADILDI

End of content

No more pages to load

RADİO