“Rusiya ABŞ-ın düşmənləri sırasındadır, Vladimir Putin isə müstəqilliyi sevən bütün amerikalıları təhdid edir”.
Bizim.Media xəbər verir ki, RBK-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Mark Levinin radioverilişində çıxışı zamanı deyib.
“Məndən daim soruşurlar, bizim düşmənimiz kimdir? Cavab isə belə olur: Həyatımıza, dövlətimizə, demokratiyamızın təməl prinsiplərinə müdaxilə etmək istəyən insanlar çoxdur. Rusiya isə, şübhəsiz, bu siyahıdadır”,- deyə Pompeo qeyd edib.
O, Putini azadlığı sevən hər kəs üçün real risk adlandırıb.
Qeyd edək ki, Mayk Pompeonun müsahibəsi ABŞ-ın hökumət saytında da dərc edilib.
Bizim.Media