İlham Əliyev Fatma Səttarovanı təbrik etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovaya təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, mətndə deyilir:

"Hörmətli Fatma xanım,

Əlamətdar yubileyiniz – anadan olmağınızın 100 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz şərəfli ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi doğma Vətəninizə xidmətə həsr etmiş, İkinci Dünya müharibəsi illərində yenilməz iradə və qətiyyət nümayiş etdirmisiniz.

Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır.

Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir.

Hörmətli Fatma xanım,

Sizin həyat və mübarizə yolunuz Vətənə, xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsi, gənclərə və gələcək nəsillərə örnəkdir.

Belə bir xoş gündə Sizə bir daha ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Çin arasında birgə universitet yaradılır? – FOTO

Azərbaycan və Çin arasında birgə universitet yaradılır? – FOTO

Həkimlər xəbərdarlıq edir: Çayı belə içmək olmaz

Həkimlər xəbərdarlıq edir: Çayı belə içmək olmaz

Xankəndidə partlayış - Ölən var – FOTO

Xankəndidə partlayış - Ölən var – FOTO

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Ata Abdullayev azadlığa çıxdı

Ata Abdullayev azadlığa çıxdı

Azərbaycan bu ölkəyə nar ixracını bərpa etdi

Azərbaycan bu ölkəyə nar ixracını bərpa etdi

“Sabah” iki futbolçusu ilə yollarını AYIRDI

“Sabah” iki futbolçusu ilə yollarını AYIRDI

“Danone” MMC Azərbaycanda ləğv olunubsa, məhsulları kim və necə SATIR? – FOTOFAKT

“Danone” MMC Azərbaycanda ləğv olunubsa, məhsulları kim və necə SATIR? – FOTOFAKT

Xırdalanda yarım ton yanacaq oğurlayan sürücü HƏBS EDİLDİ

Xırdalanda yarım ton yanacaq oğurlayan sürücü HƏBS EDİLDİ

1-ci kurs tələbəsi vəfat etdi - FOTO

1-ci kurs tələbəsi vəfat etdi - FOTO

Humanitar yardıma görə Azərbaycana təşəkkür etdilər – FOTO

Humanitar yardıma görə Azərbaycana təşəkkür etdilər – FOTO

Qusarda Səfərbərlik Xidmətinin 14 illiyi QEYD olundu - FOTO

Qusarda Səfərbərlik Xidmətinin 14 illiyi QEYD olundu - FOTO

Millimizin oyunlarının təqvimi AÇIQLANDI

Millimizin oyunlarının təqvimi AÇIQLANDI

Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?

Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?

Taxta materialları bahalaşacaq – Bu TARİXDƏN

Taxta materialları bahalaşacaq – Bu TARİXDƏN

Məktəblərdə vahid geyim formaları niyə pozulur? – VİDEO

Məktəblərdə vahid geyim formaları niyə pozulur? – VİDEO

Prezident və birinci xanım Almaniyada səfərdədir – FOTO/VİDEO

Prezident və birinci xanım Almaniyada səfərdədir – FOTO/VİDEO

Günay Ağamalıdan qəza törətməsi iddiası ilə bağlı AÇIQLAMA

Günay Ağamalıdan qəza törətməsi iddiası ilə bağlı AÇIQLAMA

Qaxın sabiq icra başçısı ilə bağlı QƏRAR

Qaxın sabiq icra başçısı ilə bağlı QƏRAR

“Zirə” bu legionerlə VİDALAŞACAQ

“Zirə” bu legionerlə VİDALAŞACAQ

30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI – FOTO

30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI – FOTO

Bacısı oğluna işgəncə verən Günay Novruzovanın həbs müddəti UZADILDI

Bacısı oğluna işgəncə verən Günay Novruzovanın həbs müddəti UZADILDI

Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR

Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR

Göbələk kimi artan reabilitasiya mərkəzləri - Onlara nəzarət hansı formada APARILIR?

Göbələk kimi artan reabilitasiya mərkəzləri - Onlara nəzarət hansı formada APARILIR?

End of content

No more pages to load

RADİO