İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana səfər edib.
Bizim.Media xəbər verir ki, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə öz tvitter hesabında etdiyi paylaşımda bildirib ki, İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətinin səfəri birbaşa Azərbaycanın Füzuli şəhərindən başlayır.
Xatırladaq ki, nümayəndə heyətini gətirən təyyarə yeni istifadəyə verilmiş Füzuli hava limanına enib.
Bizim.Media