“Lavrovun NATO-dan gileylənməsi məntiqsizdir” - POLİTOLOQ 

“Son bir ildə Rusiya və NATO arasında müəyyən təmaslar oldu. Bu görüşlərin hər birində tərəflər qarşılıqlı gözləntiləri haqqında fikirlər bildirsələr də, hər hansı bir öhdəlik yaxud da qarşılıqlı məsulliyyəti özündə ehtiva edən, nə sənəd qəbul olunmayıb, nə də saziş mövcud deyil”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq, Gənc Demokratlar İnstitutunun sədri Yeganə Hacıyeva bildirib.

MÖVZU İLƏ BAĞLI:

Rusiya NATO-nun genişlənməsini niyə istəmir? – Lavrovun CAVABI – VİDEO


Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun yanvarın 21-də ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə qeyd etdiyi “NATO Rusiyaya verdiyi sözləri tutmadı”, açıqlamasını şərh edən politoloq ilk növbədə bunun üçün hər hansı əsasın olmadığını bildirib:

“Əlbəttə, istər NATO, istərsə də Rusiya rəsmiləri mövcud problemləri haqqında yalnız öz maraqları çərçivəsində fikir bildiriblər. Moskva NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsindən narahatlığını, Ukrayna və Gürcüstanın Alyansa üzv qəbul olunmasından narazı olduğunu dilə gətirib. Baxmayaraq ki, bu mövzularda NATO və Rusiya rəsmiləri arasında müzakirələr aparılıb, lakin bunların heç birində NATO-nun sərhədləri şərqə doğru genişlənməyəcəyi ilə bağlı hər hansı mesaj verilməyib.

Bu səbəbdən, NATO Rusiyanı aldadır yanaşması üçün hər hansı bir fakt, əsas yoxdur. Lakin Rusiya hesab edir ki, o, sərhədlərin genişlənməməsi ilə bağlı fikrini bildiribsə, NATO buna əməl etməli idi. Məncə, Lavrovun NATO-dan gileylənməsi məntiqsizdir.”. 

Bəs, gəlin baxaq, Rusiya özü qarşılıqlı razılaşmalarda nə qədər dürüstdür? Öz verdiyi sözləri nə qədər yerinə yetirib?
 

“Digər bir məqamsa ondan ibarətdir ki, NATO günümüzdə mövcud qlobal təhlükəsizliyə təsir edə bilən hərbi-siyasi alyansdır. Lakin, NATO-nun Rusiya sərhədlərinə qədər genişlənməsinə əsas varmı?


Və bu coğrafiyalarda təhlükəsizliyə nəzarət edə biləcək hər hansı alternativ resurslar varmı? Xeyr, yoxdur. Bu səbəbdən, NATO-ya üzv olmağa çalışan Ukrayna bu seçimi fərdi olaraq etmir, bu seçimi şərtləndirən əsaslar, təhlükəsizlikdən doğan narahatlıqlar var. Bu narahatlıqların mənbəyi də Rusiyadır. Bu səbəbdən, Kremlin ərazi bütövlüyünü təhdid etdiyi Ukraynanın NATO-ya üzvlüyünə narazı olmasının özü də absurd yanaşmadır. Ukrayna, onsuz da Rusiyanın hədələrindən qorunmaq üçün NATO-ya üzv olmaq istəyir”. 

Yeganə Hacıyeva NATO-nun genişlənməsi üçün imkanın yaranmasında əsas səbəbin elə Rusiyanın özünün aqressiv mövqeyi olduğunu vurğulayıb:

“Digər bir məqam isə, Rusiyanın qonşuları ilə münasibətdə aqressiv yanaşmasıdır. Kremlin bu pozisiyasını izah edən xüsusi şərtlər də yoxdur. Bu şərtlər sadəcə Rusiyanın daxildə hər dəfə reytinqi aşağı düşmüş hakimiyyət daxili sosial problemlərinin həllinə deyil, kənarda torpaq tutmaq, işğal siyasəti yeritmək, “böyük Rusiya”, “SSRİ-nin bərpa cəhdləri” və s. yanaşmalara əl ataraq seçkiöncəsi reytinq qazanmağa çalışır. Bu da kənar aktorların diqqətindən qaçmır. Fərz edək ki, Ukrayna və Gürcüstan assosiativ üzvlük səbəbindən Rusiyanın qəzəbinə tuş gəldi.
 

Bəs, Qazaxıstanda hansı səbəbdən Rusiyanın müdaxiləsinə əsas oldu? Doğrudur, KTMT adı ilə Qazaxıstana daxil oldular, lakin reallığı hamımız bilirik”.


Politoloqun qənaətinə görə, əgər Rusiya qonşularının alternativ axtarmasını istəmirsə, bunun üçün əminlik formalaşdırmalıdır:

“Post-sovet ölkələrində Rusiyanın bu cür aqressiv yanaşması, həmin dövlətləri alternativ variantlar axtarmağa vadar edir. Moskva bu alternativlərdən narahat olursa, qonşuları olan post-sovet dövlətlərində onlara qarşı aqressiv yanaşmayacağına əminlik formalaşdırmalıdır. Bu heç bir halda, hədə-qorxu, subliminal mesajlar, daxildəki “5-ci kolon”lar, bir sözlə müsair dövrdə dövlətlərin təhlükəsizliyi üçün hədələrin səsləndirilməsi imkanlarının heç birindən istifadə etməməlidir”.

Murad Əhmədov, Bizim,Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lənkəranda üçuşaqlı ananın dünyaya gətirdiyi üçəmlərin son durumu

Lənkəranda üçuşaqlı ananın dünyaya gətirdiyi üçəmlərin son durumu

Bitkoini olanlara BƏD XƏBƏR

Bitkoini olanlara BƏD XƏBƏR

Azərbaycan və Çin arasında birgə universitet yaradılır? – FOTO

Azərbaycan və Çin arasında birgə universitet yaradılır? – FOTO

Həkimlər xəbərdarlıq edir: Çayı belə içmək olmaz

Həkimlər xəbərdarlıq edir: Çayı belə içmək olmaz

Xankəndidə partlayış - Ölən var – FOTO

Xankəndidə partlayış - Ölən var – FOTO

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Ata Abdullayev azadlığa çıxdı

Ata Abdullayev azadlığa çıxdı

Azərbaycan bu ölkəyə nar ixracını bərpa etdi

Azərbaycan bu ölkəyə nar ixracını bərpa etdi

“Sabah” iki futbolçusu ilə yollarını AYIRDI

“Sabah” iki futbolçusu ilə yollarını AYIRDI

“Danone” MMC Azərbaycanda ləğv olunubsa, məhsulları kim və necə SATIR? – FOTOFAKT

“Danone” MMC Azərbaycanda ləğv olunubsa, məhsulları kim və necə SATIR? – FOTOFAKT

Xırdalanda yarım ton yanacaq oğurlayan sürücü HƏBS EDİLDİ

Xırdalanda yarım ton yanacaq oğurlayan sürücü HƏBS EDİLDİ

1-ci kurs tələbəsi vəfat etdi - FOTO

1-ci kurs tələbəsi vəfat etdi - FOTO

Humanitar yardıma görə Azərbaycana təşəkkür etdilər – FOTO

Humanitar yardıma görə Azərbaycana təşəkkür etdilər – FOTO

Qusarda Səfərbərlik Xidmətinin 14 illiyi QEYD olundu - FOTO

Qusarda Səfərbərlik Xidmətinin 14 illiyi QEYD olundu - FOTO

Millimizin oyunlarının təqvimi AÇIQLANDI

Millimizin oyunlarının təqvimi AÇIQLANDI

Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?

Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?

Taxta materialları bahalaşacaq – Bu TARİXDƏN

Taxta materialları bahalaşacaq – Bu TARİXDƏN

Məktəblərdə vahid geyim formaları niyə pozulur? – VİDEO

Məktəblərdə vahid geyim formaları niyə pozulur? – VİDEO

Prezident və birinci xanım Almaniyada səfərdədir – FOTO/VİDEO

Prezident və birinci xanım Almaniyada səfərdədir – FOTO/VİDEO

Günay Ağamalıdan qəza törətməsi iddiası ilə bağlı AÇIQLAMA

Günay Ağamalıdan qəza törətməsi iddiası ilə bağlı AÇIQLAMA

Qaxın sabiq icra başçısı ilə bağlı QƏRAR

Qaxın sabiq icra başçısı ilə bağlı QƏRAR

“Zirə” bu legionerlə VİDALAŞACAQ

“Zirə” bu legionerlə VİDALAŞACAQ

30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI – FOTO

30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI – FOTO

Bacısı oğluna işgəncə verən Günay Novruzovanın həbs müddəti UZADILDI

Bacısı oğluna işgəncə verən Günay Novruzovanın həbs müddəti UZADILDI

End of content

No more pages to load

RADİO