“Amerika hər zaman İran xalqı ilə sülhün tərəfdarı olub”.
Bizim.Media bildrir ki, bunu Amerika Birləşmiş Ştatlarınnı dövlət katibi Mayk Pompeo özünün tvitter səhfəsində etdiyi paylaşımda bildirib.
Pompeo bildirirb ki, İran rejiminin əsl mahiyyəti Qərblə düşmənçilik üzərində qurulub:
“İran İslam Respublikasının avtoritar rejimi və ona hakim ruhanilər 41 ildir ki, Qərblə üz-üzə durmağı, gərginlik və çaxnaşma yaratmaq siyasətini davam etdirir, İran xalqını isə repressiyalara məruz qoyurlar. Bu isə İran rejiminin gerçək mahiyyətidir. Lakin bütün bunlara baxmayaraq, ABŞ hər zaman İran xalqı ilə sülhün tərəfdarı olub”.
Bizim.Media