Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Xarici İşlər Nazirliyindən (XİN) Bizim.Media-ya verilən məlumata görə, iki gün davam edəcək səfər zamanı nazir müavini bir sıra görüşlər keçirəcək.
Həmçinin, Malayziya xarici işlər nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini sabah xarici işlər naziri Ceyhun Bayramov da qəbul edəcək.
Bizim.Media