Brüsseldə Azərbaycan - Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının iclası keçirilib.
Bizim.Media-nın məlumatına görə, iclasa Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov sədrlik edib.
İclasda Aİ və Azərbaycan münasibətləri, koronavirus pandemiyasının təsiri, Dağlıq Qarabağ və onun ətrafındakı genişmiqyaslı döyüş əməliyyatları müzakirə edilib.
Brüsselə səfəri çərçivəsində Azərbaycanın XİN başçısı Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə də görüşüb.
Bizim.Media