Azərbaycanla Ermənistan arasında baş verən qarşıdurmalar, təəssüf ki, çoxsaylı insan tələfatına səbəb oldu.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələri dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində deyib.
O qeyd edib ki, Qarabağla bağlı razılaşma bütöv bir şəkildə ardıcıl olaraq həyata keçirilir.
“Rusiya sülhməramlılarının vəziyyəti sabitləşdirmək üçün mümkün olan hər şeyi edirlər. Rusiya Dağlıq Qarabağ bölgəsindəki qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün müəyyən vasitəçilik edir".
Bizim.Media