MDB dövlət başçılarının video-konfrans formatında sammiti keçirilir.
Bizim.Media-nın məlumatına görə, Özbəkistanın sədrliyi ilə keçirilən sammitdə liderlər Birlik çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Həmçinin siyasi, ticarət-iqtisadi, sosial və mədəni sahələrdə MDB çərçivəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri gündəmə gətiriləcək.
Bundan əlavə, COVID 19-un yayılmasına qarşı mübarizədə qarşılıqlı təsir imkanları nəzərdən keçiriləcək. İclasın sonunda MDB-nin gələcək inkişafı üçün yenilənmiş Konsepsiya təsdiq ediləcək.
Eyni zamanda BMT-nin yaradılmasının 75 illiyi münasibətilə, beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində bir sıra bəyanatlar və digər sənədlərin qəbulu gözlənilir.
Bizim.Media