Qarabağda müharibədən sonra atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək.
Bizim.Media “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
Nazir bildirib ki, hazırda mərkəzin tikintisi ilə bağlı işlər görülür.
Türkiyəli nazir Türkiyədən Azərbaycana istehkamçılar göndərildiyini söyləyib:
“Onlar orada həm təlim keçirlər, həm də mina axtarma əməliyyatları aparacaqlar”.
H. Akar qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsə büyük ölçüdə riayət edilir: “Ruslar bu məsələdə diqqətlidirlər. Prosesləri nəzarətdə saxlayırıq”.
Bizim.Media