"Bakı və Sumqayıt qırğınları" daşnak yalanıdır - TARİXİN ŞAHİDLƏRİNDƏN FAKT

Birinci etap

1986-1987-ci illərdə Azərbaycanın müxtəlif şəhərlərində, əsasən Bakıda yaşayan ermənilər Qərbi Azərbaycan, yəni Ermənistan ərazisində yaşayan azərbaycanlılarla evlərini dəyişməyə başladılar. Fakt kimi qeyd edim ki, mənim də doğulduğum Nərimanov rayonu, Əhməd Rəcəbli 27-də müxtəlif mənzillərə sahib olan erməni Seda və Surenin ailələri də belə edib.

Bizim.Media xəbər verir ki, bu cür hallar Bakının müxtəlif hissələrində baş verib.

Həmin ermənilərin çoxu Daşnaksütyun partiyasının üzvləri, terrorçu fondlara gizlin ianələr ötürən adamlar olub deyə "İrəvan planları"ndan qabaqcadan xəbərdar idilər. 

İkinci etap

Daşnaklar onlara lazım olan həmyerlilərini yerbəyer etdikdən sonra qərbi azərbaycanlıların amansız soyqırım və deportasiyalarına start verdilər. Onların əsassız Qarabağ iddiaları da qabarmağa başladı və ruslar bu işdə ermənilərə dəstək oldular. 1988-ci il fevralın 19-dan İrəvanda kütləvi mitinqlər başladı və azərbaycanlılara aid salamat qalmış sonuncu məscid və məktəb yandırıldı.

Üçüncü etap

Buna paralel daşnaklar "Sumqayıt hadisələri"ni hazırlayırdılar. Həmin il martın 1-də yaşanan bu "qırğın"ı törədənlərdən ən fəalı Eduard Qriqoryan öldürülən 26 ermənidən 6-nı qətlə yetirib. Hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz pullarını kütləvi şəkildə götürmələri, "qırğın"ların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyaya yayılması, "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq məqsədini güdüb.
 

"Sumqayıt qırğın"larının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanılıb. 


Ölən 32 nəfərdən 6-sı azərbaycanlı olub 

Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri günahkarın əslində erməni əsilli Eduardın olduğunu sübut edir. Onun günahkar olduğunu erməni şahidlər də danışıb.

Sumqayıt hadisələri ermənilərin Qarabağ işğalına hesablanıb.

Deşifrəsi

Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf edib. Öldürülən ermənilər isə daşnaklara pul köçürməyən və Azərbaycanda yaşamaq istəyənlər olub. Günahkar Qriqoryan isə cəmi 12 il müddətinə həbs olunub. Bu hadisələr qabaqcadan SSRİ DTK, erməni kəşfiyyat orqanları və daşnak estremistlər tərəfindən "Nalyotçik" (basqınçı) kodu altında planlaşdırılıb. Yoxsa 36 erməni agent bir neçə gün öncə Sumqayıta göndərilməzdi.

"Bakı qırğınları"

Qorbaçovun "Dağlıq Qarabağ Muxtar Vilayəti" qərarından sonra Bakı etirazlara büründü. 1990-cı il yanvarın 20-də bolşevik-erməni dəstələrinin Bakı sakinlərinə qarşı soyqırım həyata keçirtməsi bu azadlıq mücadiləsini qabartdı. Hətta o zamankı qatı millətçi və spontan qərarlar verən azərbaycanlı siyasətçilər də Bakı ermənilərinə Ermənistana qayıtmaq üçün şərait yaratdı. Lakin Azərbaycan sevgisi minlərlə erməninin adını dəyişərək Azərbaycanda qalması ilə nəticələndi. 

Fakt:

- 212 saylı orta məktəbdə 2-ci sinifə qədər (1995-ə kimi) bizimlə parta bölüşən Kamilin atasının erməni olduğu deyilirdi.

- 5-ci sinifdən 7-yə kimi (1997-1999) əsl adları Qreta (Qərənfil) və Roman (Ramin) olan əkiz sinif yoldaşlarımın da erməni olduqları iddia olunurdu.

Ən əsası da odur ki, onlara "qaşın üstündə gözün var" deyən olmayıb. Əksinə dərsə məsuliyyətsizliklərinə görə onlara müəllim və direktor tərəfindən göz yumulub.

SSRİ-daşnak planının siyasi bünövrəsi

•1982-ci ildə Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərliyi tamamlanır.

•1987-ci ildə Ulu Öndər Sovet İKP MK Siyasi Bürosunun üzvlüyündən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsilə istefa verib.

Heydər Əliyev Qorbaçov-daşnak planlarına Çin səddi qədər böyük maneə olub. 

Bolşevik-erməni işğalçıları Ulu Öndərin Azərbaycan SSR-ə rəhbərlik etdiyi zamanda öz planlarını həyata keçirə bilmirdilər. Bu səbəbdən də, hansısa yollarla onun tutduğu postlardan istefasına nail olmağa çalışırdılar. Təəssüf ki, bunu bacardılar.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO