\"İlham Əliyev Ukraynanın yanında olduğunu bir daha sübut etdi\" - Keçmiş səfirdən şərh

Ukraynanın maliyyə nazirinin müşaviri, Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev Prezident İlham Əliyevin bu ölkəyə səfəri ilə bağlı Qaynarinfo-nun suallarını cavablandırıb.

Müsahibəsində keçmiş səfir Azər Xudiyev bildirib ki, Azərbaycan Ukrayna münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur.

Bizim.Media xəbər verir ki, Azər Xudiyev "Demokrat.az"-ın suallarına cavabını təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

“Ukrayna Qərb üçün qırmızı xəttdir, Rusiya bu cizgini tapdasa...” - Keçmiş səfir


- Azər müəllim, Prezident İlham Əliyevin Ukraynaya səfərinin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycanla Ukrayna arasındakı dostluq əlaqələrinin kökü zəngin tarixə söykənir. Tarixin bütün dönəmlərində istər ölkələrimiz, istərsə də xalqlarımız arasında sıx dostluq və qardaşlıq münasibətləri mövcud olub.

Hətta belə deyərdim ki, xalqlarımız tarix boyu müstəqillik əldə etmək, öz talelərinə sahib çıxmaq  üçün oxşar və məşəqqətli yollar keçiblər. Tarix boyu hər iki xalqın düşünən beyinləri, deyən dilləri imperiya dövlətləri tərəfindən kəsilib. Onların müstəqilliyə gedən yollarına daim daş, kəsək atılıb.

Bütün bunlara baxmayaraq hər iki xalq müstəqilliklərinə qovuşmaq üçün ölüm-dirim savaşına qatılıb, nə qədər çətin də olsa öz istəklərinə qovuşublar. Bu baxımdan xalqlarımızın tale oxşarlıqları arasında tarixi paralellər mövcuddur.

Baxın, istər 1918-ci ildə, istərsə də 1991-ci ildə ölkələrimiz bir-birinin dövlət müstəqilliklərini tanıyan ilk ölkələr sırasında olublar. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycanla Ukrayna beynəlxalq arenada strateji tərəfdaşlar kimi tanınırlar.

Əlbətdə dünən gün Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Ukraynaya iş güzar səfəri ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrin daha da inkişaf etdirilməsinə dəyərli töhfələr verəcək.

Bildiyimiz kimi, müstəqillik tarixini qoşa addımlayan iki ölkə arasında ötən 30 ildə iqtisadi, siyasi, elmi, hərbi texniki, energetika, kənd təsərrüfatı və bir çox sahələri özündə ehtiva edən sıx əməkdaşlıq münasibətləri qurulub. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 860 milyon dollar dəyərindədir. Təbii ki, bu qane edən rəqəm deyil. Hesab edirəm ki, ölkə başçısının bu səfərindən sonra ikitərəfli iqtisadi əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Səfər çərçivəsində bu dəfə əsas hədəflərdən biri də kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına fokslanıb. Bu gün Ukrayna dünyada ən böyük aqrar ölkələrdən biri hesab olunur. Bu baxımdan Ukrayna gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinin təmin olunmasında ən etibarlı tərəfdaş ölkəyə çevrilə bilər.

Hesab edirəm ki, bu dəfəki səfər yaxın gələcəkdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmini əsaslı şəkildə yüksəldəcək.

- Sizcə, keçmiş postsovet məkanında cərəyan edən geosiyasi hadisələr fonunda bu səfər Azərbaycan Ukrayna münasibətlərinə necə təsir edəcək? 

- Bildiyiniz kimi, bu gün Ukrayna müstəqillik tarixinin ən  gərgin geosiyasi anlarını yaşayır. Qonşu Rusiya ilə münasibətlər pik həddinə çatıb. Hər an iki ölkə arasında aparılan informasiya savaşı real müharibəyə transfer oluna bilər.

Təbiiki, belə bir həssas məqamda Azərbaycanın dövlət başçısının Ukraynaya səfər etməsi ölkəmizin etibarlı tərəfdaş kimi, nəinki sözdə, o cümlədən praktik əməldə də Ukraynanın yanında olduğunu bir daha sübuta yetirdi. Bu, həm də dünya ölkələrinə bir mesajdır ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və  tarixin doğru tərəfindədir.

Bildiyimiz kimi, Azərbaycan region ölkələrlə qarşılıqlı əməkdaşlığın inkişafına böyük maraq göstərir. Bu baxımdan ölkəmiz Qaradəniz və Xəzər hövüzəsi ölkələri ilə iqtisadi əlaqələrin inkişafına real layihələrlə təkan verir.

Regionda sabitliyin və dayanıqlı sülhün təmin olunmasına böyük töhfələr veririk. Bu gün bölgədə dost Ukraynanın qayğısı və problemləri kifayət qədərdir.

Belə həssas məqamda Azərbaycanın Ukraynanın yanında olması, geosiyasi zərurətdən yox, xalqlarımız və dövlətlərimiz arasında təşəkkül tapmış dostluq və qardaşlıq münasibətlərindən qaynaqlanır. Və bu münasibətlərdən çıxış edərək demək olar ki, ölkələrimiz dünyada hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq bundan sonrada  bir birinin yanında olacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Bavariya” bu futbolçu ilə müqaviləni UZATDI

“Bavariya” bu futbolçu ilə müqaviləni UZATDI

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO

Ağadadaş Ağayev sənət adamlarına SƏSLƏNDİ

Ağadadaş Ağayev sənət adamlarına SƏSLƏNDİ

Paşinyan İrana səfər PLANLAŞDIRIR

Paşinyan İrana səfər PLANLAŞDIRIR

Yüksək Liqa: UNEC-dən inamlı QƏLƏBƏ

Yüksək Liqa: UNEC-dən inamlı QƏLƏBƏ

Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir

Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir

“ARB” kanalının yayımı 24 saatlıq DAYANDIRILACAQ

“ARB” kanalının yayımı 24 saatlıq DAYANDIRILACAQ

İqor Tudor “Tottenhem”ə GƏTİRİLİR

İqor Tudor “Tottenhem”ə GƏTİRİLİR

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

İranda GÜCLÜ ZƏLZƏLƏ olub

İranda GÜCLÜ ZƏLZƏLƏ olub

DİN Bakıda əməliyyat keçirdi - Saxlanılan var - VİDEO

DİN Bakıda əməliyyat keçirdi - Saxlanılan var - VİDEO

Təsadüf deyil: 13-cü cümə günü bu BÜRCLƏRƏ böyük pullar gətirəcək

Təsadüf deyil: 13-cü cümə günü bu BÜRCLƏRƏ böyük pullar gətirəcək

Milli komandalarımızın yeni məşqçiləri AÇIQLANDI - FOTO

Milli komandalarımızın yeni məşqçiləri AÇIQLANDI - FOTO

Hərbi Hava Qüvvələrində inspeksiya yoxlamaları KEÇİRİLDİ - FOTO

Hərbi Hava Qüvvələrində inspeksiya yoxlamaları KEÇİRİLDİ - FOTO

Peskov: “Avropalılar Cenevrədə keçiriləcək danışıqlarda iştirak etməyəcəklər”

Peskov: “Avropalılar Cenevrədə keçiriləcək danışıqlarda iştirak etməyəcəklər”

Elşad Quluyev İŞDƏN ÇIXARILDI

Elşad Quluyev İŞDƏN ÇIXARILDI

Qırmızı Bazarda əkin işi ilə məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

Qırmızı Bazarda əkin işi ilə məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

"Mingəçevir" "Zaqatala" ilə heç-heçə etdi, "Difai" qalib gəldi

"Mingəçevir" "Zaqatala" ilə heç-heçə etdi, "Difai" qalib gəldi

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

General bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

General bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb - FOTO/VİDEO

İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb - FOTO/VİDEO

Fevralın 14-də işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Fevralın 14-də işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sərnişinlərin NƏZƏRİNƏ – Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK

Sərnişinlərin NƏZƏRİNƏ – Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK

Lamiyəni bıçaqlayan keçmiş ərinə 14 il HƏBS CƏZASI

Lamiyəni bıçaqlayan keçmiş ərinə 14 il HƏBS CƏZASI

End of content

No more pages to load

RADİO