Fərid Şəfiyev: \"Azərbaycan və Ermənistan delimitasiya ilə bağlı şifahi razılığa gəlib”

“Bakı və İrəvan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın yaradılması barədə şifahi razılıq əldə edib”. 

Bizim.Media xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Azərbaycan və Ermənistan delimitasiya ilə bağlı komissiyanın yaradılması barədə şifahi razılıq əldə edib. Hesab edirəm ki, delimitasiya ilə bağlı sənədin imzalanması vacibdir”, - deyə o bildirib.

Sədr hesab edir ki, bu il Ermənistanla sülh sazişinin imzalanmasına nail olmaq mümkün olmayacaq.

“Ermənistan əhalisinin əksəriyyəti Nikol Paşinyana səs verib. Ancaq hər üç şəxsdən biri ona qarşı çıxış edir. Bunu da nəzərə almaq lazımdır. Bəzi qurumlar Ermənistanda Paşinyanın siyasətini dəstəkləmir”, - deyə o vurğulayıb.

Bu gün Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü şərh edən F.Şəfiyev qeyd edib ki, bəzi qüvvələr Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəmir. “Ermənistanın indiki siyasəti üçüncü dövlətlər tərəfindən müəyyən olunur. Bəzi dövlətlər Azərbaycan və Ermənistan arasında, o cümlədən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını istəmirlər”, - deyə sədr vurğulayıb.

O əlavə edib ki, Bakının hədəfi güc tətbiq etmədən Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməkdir.

“Bizim məqsədimiz diplomatiya yolu ilə Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməkdir. Prezidentin bəyan etdiyi kimi, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq”, - deyə F.Şəfiyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Bavariya” bu futbolçu ilə müqaviləni UZATDI

“Bavariya” bu futbolçu ilə müqaviləni UZATDI

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO

Ağadadaş Ağayev sənət adamlarına SƏSLƏNDİ

Ağadadaş Ağayev sənət adamlarına SƏSLƏNDİ

Paşinyan İrana səfər PLANLAŞDIRIR

Paşinyan İrana səfər PLANLAŞDIRIR

Yüksək Liqa: UNEC-dən inamlı QƏLƏBƏ

Yüksək Liqa: UNEC-dən inamlı QƏLƏBƏ

Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir

Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir

“ARB” kanalının yayımı 24 saatlıq DAYANDIRILACAQ

“ARB” kanalının yayımı 24 saatlıq DAYANDIRILACAQ

İqor Tudor “Tottenhem”ə GƏTİRİLİR

İqor Tudor “Tottenhem”ə GƏTİRİLİR

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

İranda GÜCLÜ ZƏLZƏLƏ olub

İranda GÜCLÜ ZƏLZƏLƏ olub

DİN Bakıda əməliyyat keçirdi - Saxlanılan var - VİDEO

DİN Bakıda əməliyyat keçirdi - Saxlanılan var - VİDEO

Təsadüf deyil: 13-cü cümə günü bu BÜRCLƏRƏ böyük pullar gətirəcək

Təsadüf deyil: 13-cü cümə günü bu BÜRCLƏRƏ böyük pullar gətirəcək

Milli komandalarımızın yeni məşqçiləri AÇIQLANDI - FOTO

Milli komandalarımızın yeni məşqçiləri AÇIQLANDI - FOTO

Hərbi Hava Qüvvələrində inspeksiya yoxlamaları KEÇİRİLDİ - FOTO

Hərbi Hava Qüvvələrində inspeksiya yoxlamaları KEÇİRİLDİ - FOTO

Peskov: “Avropalılar Cenevrədə keçiriləcək danışıqlarda iştirak etməyəcəklər”

Peskov: “Avropalılar Cenevrədə keçiriləcək danışıqlarda iştirak etməyəcəklər”

Elşad Quluyev İŞDƏN ÇIXARILDI

Elşad Quluyev İŞDƏN ÇIXARILDI

Qırmızı Bazarda əkin işi ilə məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

Qırmızı Bazarda əkin işi ilə məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

"Mingəçevir" "Zaqatala" ilə heç-heçə etdi, "Difai" qalib gəldi

"Mingəçevir" "Zaqatala" ilə heç-heçə etdi, "Difai" qalib gəldi

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

General bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

General bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb - FOTO/VİDEO

İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb - FOTO/VİDEO

Fevralın 14-də işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Fevralın 14-də işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sərnişinlərin NƏZƏRİNƏ – Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK

Sərnişinlərin NƏZƏRİNƏ – Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK

Lamiyəni bıçaqlayan keçmiş ərinə 14 il HƏBS CƏZASI

Lamiyəni bıçaqlayan keçmiş ərinə 14 il HƏBS CƏZASI

End of content

No more pages to load

RADİO