“Bu gün Can Azərbaycanla diplomatik münasibətlərimizin yenidən qurulmasının, qardaşlarımıza yenidən qoşulmamızın 30-cu ildönümüdür”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter”də yazıb.
“Kədərdə və sevincdə - həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. Bir millət, iki dövlət”, - deyə XİN başçısı vurğulayıb.
Bizim.Media
