Azərbaycan prezidenti İlham Əliyev Kiyevə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Mənbə qeyd edir ki, Azərbaycan liderinin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü nəzərdə tutulub.
Bundan əvvəl Brüsselə səfəri zamanı Zelenski Əliyevlə görüşüb və onu Ukraynaya səfərə dəvət edib.
“Yanvarın 14-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə ölkəmizdə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş keçiriləcək”, - məlumatda deyilir.
Liderlər Kiyev vaxtı ilə saat 13:15-də mətbuata bəyanatlarla çıxış edəcəklər.
Bizim.Media