Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqı rol oynaya bilər - İlham Əliyev

"İndiki Amerika administrasiyası birtərəfli olaraq Ermənistanın tərəfindədir".

Bİzim.Media-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Əsas odur ki, bu gündəlik düzgün tərtib edilsin və Ermənistan da burada özünü səmimi aparsın. Çünki bilirsiniz, Ermənistan bir çox hallarda bir tərəfdaşa bir söz deyir, o biri tərəfdaşa bunun əksini deyir, üçüncü tərəfdaşa isə üçüncü versiyanı deyir. Yəni, bu, uzunmüddətli siyasət ola bilməz. Çünki gec-tez bunun üstü açılacaq. Bizim isə mövqeyimiz birmənalıdır və mən bunu açıq bəyan edirəm və bəli, hesab edirəm ki, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqı rol oynaya bilər. Mən bunu müsbət qarşılayıram və sadəcə olaraq, burada ədalət prinsipi əsas rol oynamalıdır. Çünki bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevdən Naxçıvana avtomobil yolu ilə bağlı Ermənistana XƏBƏRDARLIQ: “Elə bilməsinlər ki…”


Qeyd etdiyim kimi, müharibə zamanı Fransa baxmayaraq ki, neytral olmalı idi, vasitəçi kimi birmənalı şəkildə Ermənistan tərəfini tutdu. Müharibədən sonra Amerika Birləşmiş Ştatları, halbuki vasitəçidir, neytral olmalıdır, açıq şəkildə Ermənistan tərəfini tutdu. 

Təkcə elə mətbuatda olan iki hadisəni qeyd etməklə, bunu sübut etmək olar. Birincisi, Ermənistanı dırnaqarası “demokratiya zirvəsinə” dəvət etməsi, halbuki Ermənistan və demokratiya - bunlar fərqli qütblərdir. Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir.

Ermənistan, necə deyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib. Yəni bu, açıq ayrı-seçkilikdir. İkinci də, bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona dəvət edilib, orada görüşlər keçirir. Azərbaycan Təhlükəsizlik Şurasının katibi isə dəvət edilməyib.

O, başqa məsələdir ki, biz dəvət olunmamışıq, heç nə itirmirik və demokratiya uğrunda dırnaqarası “zirvə görüşündə” iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir. Amma fakt odur ki, burada balans pozulur, nümayişkaranə göstərilir ki, indiki Amerika administrasiyası birtərəfli olaraq Ermənistanın tərəfindədir və bu, onların öz işidir.

Biz, necə deyərlər, sadəcə olaraq, öz fikirlərimizi bildiririk və əlbəttə ki, öz siyasətimizdə bunu nəzərə alacağıq.

Avropa İttifaqı belə balansı pozan hadisələrdə olmayıb. Son Brüssel görüşündə də tam paritet saxlanılıb və bu, deməyə əsas verir ki, onlar iki ölkə arasındakı əlaqələrin normallaşmasında müsbət rol oynaya bilərlər.

Bu ola bilər, eyni zamanda, Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı, iqtisadi və maliyyə yardımı ilə bağlı, qeyd etdiyim kimi, əgər bu, ədalətli olarsa. Avropa məkanında böyük intellektual potensial mövcuddur, təcrübə mövcuddur və sərhədlərin müəyyən edilməsində onlar öz tövsiyələrini verə bilərlər. Yəni bir çox sahələrdə onlar yardımçı ola bilərlər. Hər halda biz bunu alqışlayırıq", - deyə dövlət başçısı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir”

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir”

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi nə zaman imzalanacaq? - Prezident AÇIQLADI

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi nə zaman imzalanacaq? - Prezident AÇIQLADI

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Ofelya Şabanovadan iddialara CAVAB: “16 yaşında uşaq ailə dağıda bilər?”- VİDEO

Ofelya Şabanovadan iddialara CAVAB: “16 yaşında uşaq ailə dağıda bilər?”- VİDEO

İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

Ceyhun Bayramov Münxendə panel müzakirələrində ÇIXIŞ EDİB - FOTO

Ceyhun Bayramov Münxendə panel müzakirələrində ÇIXIŞ EDİB - FOTO

“Milan”dan Luka Modriç QƏRARI

“Milan”dan Luka Modriç QƏRARI

Tütün qaçaqmalçılığında adları hallanan vəzifəli şəxslər HAKİM QARŞISINDA

Tütün qaçaqmalçılığında adları hallanan vəzifəli şəxslər HAKİM QARŞISINDA

Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb - VİDEO

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb - VİDEO

Ronaldo sabiq klubuna qayıda bilər

Ronaldo sabiq klubuna qayıda bilər

Müjdə verildi: Hər kəs şəhərdən kəndə axın edəcək

Müjdə verildi: Hər kəs şəhərdən kəndə axın edəcək

ABŞ məşhur alış-veriş portalını “qara siyahı”ya SALDI

ABŞ məşhur alış-veriş portalını “qara siyahı”ya SALDI

“Bavariya” bu futbolçu ilə müqaviləni UZATDI

“Bavariya” bu futbolçu ilə müqaviləni UZATDI

Ağadadaş Ağayev sənət adamlarına SƏSLƏNDİ

Ağadadaş Ağayev sənət adamlarına SƏSLƏNDİ

Paşinyan İrana səfər PLANLAŞDIRIR

Paşinyan İrana səfər PLANLAŞDIRIR

Yüksək Liqa: UNEC-dən inamlı QƏLƏBƏ

Yüksək Liqa: UNEC-dən inamlı QƏLƏBƏ

Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir

Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir

“ARB” kanalının yayımı 24 saatlıq DAYANDIRILACAQ

“ARB” kanalının yayımı 24 saatlıq DAYANDIRILACAQ

İqor Tudor “Tottenhem”ə GƏTİRİLİR

İqor Tudor “Tottenhem”ə GƏTİRİLİR

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

İranda GÜCLÜ ZƏLZƏLƏ olub

İranda GÜCLÜ ZƏLZƏLƏ olub

End of content

No more pages to load

RADİO