Deputatdan YENİ SSRİ təklifi: "Söz sahibi olmaq üçün slavyanların türklərə, türklərin slavyanlara ehtiyacı var"

"1991-ci il SSRİ dağıldıqdan sonra dünya bir müddət bir qütblü oldu. Bu qütbün mərkəzi isə ABŞ idi. Amma vaxt keçdikcə dünyanın bir qütbdən idarə olunmasının mümkünsüzlüyü ortaya çıxdı və artıq hər kəs çoxqütblü idarə olunma reallığını qəbul etməyə başlayıb. Baxmayaraq ki, bu yol münaqişələrdən, müharibələrdən, pandemiyalardan keçməkdədir". 

Bizim.Media xəbər verir ki, bu fikirləri sosial media hesabında millət vəkili Tahir Mirkişili yazıb.

Deputat qeyd edib ki, artıq dünyanın 3 qütbü demək olar ki, müəyyənləşibdir.

ABŞ, ÇİN, Avropa Birliyi. 4-cü qütbə isə 2 namizəd var: Rusiya (+slavyanlar) və Türkiyə (+türk dünyası). Amma hər iki namizədin 4-cü qütb olması üçün üstünlük və çatışmazlıqları var.

"Üstünlük - hər ikisinin 2-ci və 3-cü qütb arasında yerləşməsi, lazımı əhali və dilə sahib olması, zəngin təbii resurslar, hərbi imkanlarının yüksək olması.

Çatışmazlıqlar - güclü iqtisadiyyatın, lazımı texnologiyaların çatışmazlığı, xarici iqtisadi və siyasi müdaxilələrə həssas olmaları və s.

Yəni, bu artıq faktdır ki, nə SSRİ 2.0, nə də TURAN 2.0 dünyanı idarə edəcək 4-cü qütb olmaq imkanlarına nəzəri olaraq sahib deyillər.

Əgər hər iki namizəd, yəni Türk Dünyası və Rusiya (müttəfiqləri) bir iqtisadi məkan altında birləşərsə, onda bu gücün 4-cü qütb olma imkanları çox yüksələ bilər.

Adını nə qoysaq belə, bizim üçün TURAN 2.0, ruslar üçün SSRİ 2.0 - doğru, strateji, hər kəsin milli maraqlarına xidmət edən ittifaqın qurulması zamanı bu regionda yaşayan bütün xalqlar yalnız uduş əldə edə, dünyanı idarə etmək kimi tarixi şansı əldə edə bilərlər.

Biz artıq qalib dövlətik, beynəlxalq təşkilatlara rəhbərlik edirik. Belə görsənir ki, dünyada söz sahibi olmaq üçün türk dünyasının slavyanlara, slavyanların da türk dünyasına ehtiyacı var.

İmperiya ambisiyaları, böyük-kiçik dövlət yanaşmaları olmadan. Diplomatiya və milli maraqlar romantizm serməzlər. Tarixin müxtəlif mərhələlərində yalnız düzgün qərar verən dövlətlər və xalqlar inkişaf edib gücləniblər", - deyə millət vəkili əlavə edib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Ofelya Şabanovadan iddialara CAVAB: “16 yaşında uşaq ailə dağıda bilər?”- VİDEO

Ofelya Şabanovadan iddialara CAVAB: “16 yaşında uşaq ailə dağıda bilər?”- VİDEO

İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

Ceyhun Bayramov Münxendə panel müzakirələrində ÇIXIŞ EDİB - FOTO

Ceyhun Bayramov Münxendə panel müzakirələrində ÇIXIŞ EDİB - FOTO

“Milan”dan Luka Modriç QƏRARI

“Milan”dan Luka Modriç QƏRARI

Tütün qaçaqmalçılığında adları hallanan vəzifəli şəxslər HAKİM QARŞISINDA

Tütün qaçaqmalçılığında adları hallanan vəzifəli şəxslər HAKİM QARŞISINDA

Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb - VİDEO

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb - VİDEO

Ronaldo sabiq klubuna qayıda bilər

Ronaldo sabiq klubuna qayıda bilər

Müjdə verildi: Hər kəs şəhərdən kəndə axın edəcək

Müjdə verildi: Hər kəs şəhərdən kəndə axın edəcək

ABŞ məşhur alış-veriş portalını “qara siyahı”ya SALDI

ABŞ məşhur alış-veriş portalını “qara siyahı”ya SALDI

“Bavariya” bu futbolçu ilə müqaviləni UZATDI

“Bavariya” bu futbolçu ilə müqaviləni UZATDI

End of content

No more pages to load

RADİO