2021-də QARABAĞ hansı böyük şəhərlərdə müzakirə edilib? - NƏTİCƏLƏR

Azərbaycan 44 günlük savaşda qazandığı tarixi qələbədən sonra Azərbaycan diplomatik sahədə də mühüm nailiyyətlər qazanıb. Çünki 30 ilə yaxın kağız üzərində qalan BMT qətnamələrini Azərbaycanın özü icra edib. Çünki II Dünya Savaşından sonra BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən başqa heç bir dövlət müharibə ilə problem həll etməyib. Amma Azərbaycan bunu bacarıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan regionda yeni reallıqlar yaratdığına görə, siyasi müstəvidə də sayılıb-seçilən ölkələrdən birinə çevrilib. Bakının bu nüfuzu Qarabağ ətrafında danışıqlara da sirayət edib.

2021-ci ildə ən mühüm Qarabağ danışıqları isə bunlardır:

· Yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü baş tutub. Danışıqların yekununda tərəflər üçtərəfli bəyanat imzalayıblar.

· Oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Prezident İlham Əliyev Qarabağla bağlı bir sıra məsələlərə toxunub. Paşinyan da çıxışında Azərbaycanın Naxçıvanla avtomobil və dəmiryol əlaqəsi əldə edəcəyini açıqlayıb.

· Noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü baş tutub. Görüşdə bəzi məsələlərə aydınlıq gətirilib. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı birgə komissiyanın yaradılması da qərara alınıb. Sonda yeni üçtərəfli bəyanat imzalanıb.

· Dekabrın 15-də Brüsseldə NATO və Avropa İttifaqı Şurasının təşəbbüsü ilə keçiruilən görüşlərdə də Qarabağ, Zəngəzur dəhlizi ilə bağlı mühüm bəyantlar səsləndirilib. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan müharibədən sonra ilk dəfə təkbətək görüşüb. İki ölkə liderlərinin görüşləri Şarl Mişel və Makronun iştirakı ilə də baş tutub. Görüşlərdən çıxan nəticə isə odur ki, Avropa İttifaqı da, NATO da Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlarla barışıblar.

Qeyd etmək lazımdır ki, Qarabağla bağlı danışıqlar və üçtərəfli bəyanata uyğun addımlar üç ölkənin Baş nazir müavinlərinin vaxtaşırı görüşlərində də müzakirə olunur.
 

Həmçinin Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov da müxtəlif platformalarda erməni həmkarı Ararat Mirzoyanla görüşür.


Belə görüşlərdən biri sentyabrın 25-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü və ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayevin iştirakı ilə keçirilib. Əsas diqqət isə dekabrın 2-də Stokholmda xarici işlər nazirlərinin görüşlərinə yönəlib. Hər halda bir il ərzində Azərbaycanın haqlı mövqeyi qorunub.

Haaqada Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın qaldırdığı iddianın əsassız sayılması da uğurlardan biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Qaxda bıçaqlanma - Xəsarət alan var

Qaxda bıçaqlanma - Xəsarət alan var

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

End of content

No more pages to load

RADİO